Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2394/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1, Ələkbərov Nihad hüseynoğlunun katibliyi ilə, Saray PB-nin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsin və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Çita şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, İsmayıllı rayonu, İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, ev ev 105, mənzil 23 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yataqxanada yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin X8n daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Saray PB-nin polis sahə rəisi, polis mayoru X6 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixində X8 icraatda olan təhqiqat materialı ilə əlaqədar bölməyə gətirərkən polis işçilərinin qqanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə 17:00 radələrində Sumqayıt şəhəri, Koroğlu prospekti, 8-ci mikrorayon ərazisində iki nəfər mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonar onu X12 dəvət etdilər. O da hansı səbəbə dəvət olunduğunu soruşdu. Onlar bölmədə haqqında araşdırma materialı olduğunu və onlarla getməli olduğunu bildirdilər. Lakin o sərxoş olduğu üçün nə üçün saxlanıldığının səbəbini soruşub və polis əməkdaşlarına tabe olmaq istəməyib. Nəticədə polis əməkdaşları onu tutub X12 gətirdilər. Əməlindən peşmandır. Polis bölməsinin əməkdaşlarından üzr istəməyə hazır olduğunu, ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirak edən şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16.30 radələrində Abşeron RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Murad Bəşirovun yazdığı əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq Abşeron RPİ Saray PBnin sahənin polis nəfəri, polis serjantı Nəbi Cəfərov ilə birlikdə Sumqayıt şəhəri, Koroğlu prospekti, 8-ci mkr ərazisində vət, Şəxs yaxınlaşaraq özümüzü təqdim edərək barəsində edilmiş şikayət ərizə ilə bağlı Abşeron RPİ Saray PB-yə dəvət edərkən o, səs-küy salaraq oradan uzaqlaşmaq istədi, biz onu dəfələrlə nizam-intizama dəvət etsək də, o, bizim qanuni tələblərimizə qəsdən məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etdirərək tabesizlik etdi və biz də onu saxlayaraq Saray PB-yə gətirdilər. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 19:30 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsin şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxsin məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxsə cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxsə məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (bir yüz əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxsə məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(012)-2394/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2394/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver