Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2397/2020 20.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis leytenantı X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 12, mənzil 18-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:20-də Abşeron rayonu, Xırdalan şəhəri, Qalyubeya küçəsində gəzərək, karantin rejimini pozmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 22:20-də Abşeron rayonu, Xırdalan şəhəri, Qalyubeya küçəsində gəzərkən, respublika ərazisində karantin rejimi ilə əlaqədar icazəsi olmadığına görə Abşeron rayon Pİ-nə dəvət edilərkən, Pİ-nə getməkdən imtina etməklə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Abşeron rayon Pİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələri ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin sahə rəisi, polis leytenantı X2 izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in polis əməkdaşı Kənan Cabbarov tərəfindən tərtib edilmiş raporta əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 12 saylı evdə yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:20-də Abşeron rayonu, Xırdalan şəhəri, Qalyubeya küçəsində gəzərək, karantin rejimini pozmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 22:20-də Abşeron rayonu, Xırdalan şəhəri, Qalyubeya küçəsində gəzərkən, respublika ərazisində karantin rejimi ilə əlaqədar icazəsi olmadığına görə Abşeron rayon Pİ-nə dəvət olunduğu zaman narazılıq bildirərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, respublika ərazisində qarantin rejimi ilə əlaqədar evdən çıxmağa icazəsi olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalyubeya küçəsində gəzərkən, polis əməkdaşları ona yaxınlaşaraq, respublika ərazisində qarantin rejimi ilə əlaqədar ondan küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına evdən çıxmağa icazəsi olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Həmin vaxt polis idarəsinə getməkdən imtina edərək, polis əməkdaşları ilə mübahisə etmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 211.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2397/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2397/2020
20.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver