Məhkəmə qərarları › İş №3(012)-24/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-24/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-24/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Abşeron rayonu Hökməli Bələdiyyəsinin sədri X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Abşeron rayonu Hökməli Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən bələdiyyənin xidməti ərazisi olan Atyalı yaşayış massivində müxtəlif mənşəli bərk məişət və istehsalat tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması faktı aşkar edilmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 25.08.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Abşeron rayonu Hökməli Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəm iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 göstərdi ki, Abşeron rayonu Atyalı yaşayış massivində yoxlama aparılarkən həmin ərazilərdə müxtəlif mənşəli bərk məişət və istehsalat tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması müəyyən edilmiş, 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 25.08.2020-ci il tarixli akt tərtib edilmişdir. Akta aktda qeyd olunan ərazilərdə müxtəlif mənşəli bərk məişət və istehsalat tullantıları qalaqlarının fotoşəkilləridə əlavə edilmişdir. Ona görədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 25.08.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Abşeron rayonu Hökməli Bələdiyyəsinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəm iclasında iştirak edən Abşeron rayonu Hökməli Bələdiyyəsinin sədri X6 göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Abşeron rayonu, Atyalı yaşayış ərazisində müxtəlif mənşəli bərk məişət və istehsalat tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanmasının müəyyən edidiyinə dair akt tərtib edilərək Hökməli Bələdiyyəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Abşeron rayonu Hökməli Bələdiyyəsi məişət və istehsalat tullantılarının toplanmasına və atılmasına nəzarət etməsədə ərazidən məişət tullantılarının Bələdiyyə tərəfindən daşındığını, lakin həmin vaxt zibil daşıyan avtomaşının işləməməsi səbəbindən tullantıların daşınmadığığını bildirərək Abşeron rayonu Hökməli Bələdiyyəsi barəsində inzibati işin icraatına xitam verilməsini və inzibati məsuliyyətə cəlb edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 25.08.2020-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Atyalı yaşayış massivində yoxlama aparılarkən həmin ərazilərdə müxtəlif mənşəli bərk məişət və istehsalat tullantılarının ətraf mühitin tələblərinə zidd olaraq qalaqlanması müəyyən edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, aktda qeyd olunan ərazilərdə müxtəlif mənşəli bərk məişət və istehsalat tullantıları qalaqlanmışdır. Məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Abşeron rayonu Hökməli Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair 25.08.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmiş, Abşeron rayon Məhkəməsinin 3(012)-24/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərarı (hakim S.Quliyeva) ilə Abşeron rayonu Hökməli Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin 14.04.2021-ci il tarixli, 3(105)-236/2021 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 3(012)-24/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Abşeron rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir.( Hakim R. Əsgərova) Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 3(012)-24/2021 saylı qərarı ilə Abşeron rayonu Hökməli Bələdiyyəsi Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir (Hakim V.Həsənov). Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abşeron rayonu Hökməli bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 3(012)-24/2021 saylı qərarının ləğv edilməsi xahiş olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 02.09.2021-ci il tarixli, 3(105)- 519/2021 saylı qərarı ilə Abşeron rayonu Hökməli bələdiyyəsinin hüquqi şəxs kimi deyil, vəzifəli şəxs kimi cərimə olunması qərarda əsaslandırılmadığı üçün verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 3(012)-24/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Abşeron rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir.(Hakim E. Rəhimov) Məhkəmə inzibati işin obyektiv və ədalətli məhkəmə araşdırması aparılması üçün Abşeron rayon İcra Hakimiyyəti Başçısına Abşeron rayonu, Atyalı yaşayış massivində məişət tullantılarının daşınması və bu sahəyə hansı qurum tərəfindən həyata keçirilməsinə dair sorğu vermiş, həmin sorğuya cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini İlham Quliyev 02 noyabr 2021-ci il tarixli məktubu ilə Abşeron rayonun Hökməli qəsəbəsində məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinin 06 oktyabr 2021-ci il tarixdən "xxxx" MMC tərəfindən və bu sahəyə nəzarət işi Hökməli Bələdiyyəsi tərəfindən həyata keçirildiyini bildirmişdir. Abşeron rayonu Hökməli Bələdiyyəsinin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları A. Bayramov və A. Namazov tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli, MN N° ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları - sektor müdürü A.A.Bayramov, baş məsləhətçi A.M.Namazov tərəfindən tərtib edilmiş 25 avqust 2020-ci il tarixli 92 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 57 saylı sərəncamına əsasən Abşeron rayonu ərazisində monitorinq reydlər keçirilmiş, monitorinq zamanı Abşeron rayonu, Hökməli qəsəbəsinin "X4” ərazisində "Bakı-Şamaxı” yolu boyunca məişət tullantılarının toplanması üçün ayrılmış ərazidə məişət tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə zidd olaraq, ətrafa yayılması, qalaqlanması aşkar olunmuşdur. Məişət tullantılarının qalaqlanması nəticəsində ərazidə antisanitar vəziyyət yaranmışdır. Əraziyə gələn Hökməli Bələdiyyəsinin nümayəndəsi qeyd olunan ərazidən məişət tullantılarının Bələdiyyə tərəfindən daşındığını, lakin avtomaşın işləmədiyindən tullantıların daşınmadığı şifahi olaraq bildirilmişdir. Bununla bağlı müvafiq fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, "İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi] tərəfindən həyata keçirilir. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması; sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması və s. daxildir. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47.1 -ci maddəsinə görə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.3-cü bəndinə görə balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə; tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa; yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə; əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə; məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Abşeron rayonu Hökməli Bələdiyyəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Abşeron rayonu Hökməli Bələdiyyəsinə inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Abşeron rayonu Hökməli Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 6500 (altı min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar