Məhkəmə qərarları › İş №3(012)-2402/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2402/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2402/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs Zəngilan Rayon Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 334.1 və 511.1.3-cü maddələri maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 334.1 və 511.1.3-cü maddələri maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zəngilan Rayon Yol Patrul Xidməti inspektoru, polis mayoru X2 bildirmişdir ki, Şəxs 14 noyabr 2024cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsi istiqamətində işıqforun qadağanedici – qırmızı işığından keçməklə yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” əmri verilmiş, laki sürücü bu tələbə əməl yetirmədən hərəkətinə davam etdirmişdir. Şəxs saxlamaq üçün hərəkət edən zaman o, yolun əks istiqamətinə çıxmaqla hərəkətdə olan digər sürücülərin hərəkətinə mane olmaqla dəfələrlə qəza şəraiti yaratmışdır. X8 Postunun yaxınlığında saxlanılmış və aparılmış müayəinə nəticəsində onun sərxoş olduğu müəyyən edilmişdir. Nəticədə sürücü spirtli içki qəbul edərək avtomobillə digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək, bildirmişdir ki, o, hadisə günü ailəsindən zəng gəldiyi üçün tələsmiş və işıqforun qırmızı işığından keçərək hərəkətini davam etdirmişdir. Hərəkət zamanı yolun əks istiqamətinə də çıxdığını və spirtli içki qəbul etdiyini də etiraf edərək törətdiyi əməlindən səmimi peşman olduğunu və özünün 2-ci qrup əlil olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan Rayon DYP əməkdaşı X5 inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1 izahatına oxşar ifadə verməklə Şəxs spirtli içki qəbul edərək avtomobillə digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığını təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 müdafiə etdiyi şəxsin əməli törətdiyini etiraf etdiyini etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və əlil olduğunu bildirərək onun barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə idarə etdiyi “TOYOTA LC200” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.2, 334.1 və 511.1.3-cü maddələri maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında material əlavə edilmiş Alcovisior-Jupiter X markalı alkotesterter vasitəsilə 14 noyabr 2024-cü il tarixdə saat 22:11 dəqiqədə ölçülmüş test nəticəsində müəyyən olunmuşdur ki, **-OS-*** d.q.n-li avtomobilin sürücüsü avtomobili idarə edən zaman 0.118% alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Hadisənin görüntülərini əks etdirən görüntüyə keçirilmiş baxışdan görünür ki, “TOYOTA LC200” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevrlər edərək, yolun hərəkət istiqamətinin əks tərəfinə çıxmaqla hərəkətdə olan digər sürücülər üçün və piyadalar üçün təhlükə yaratması, habelə yol nişanlarının tələblərini pozması və digər hərəkət iştirakçılarına mane olması müşahidə edilmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “pensiya məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.3-cü maddələri maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 327.2 maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılmamalıdır. Həmin maddə ilə nəzərdə tutulmuş əmələ inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddəsinə əsasən Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.3-cü maddələri lə nəzərdə tutulan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinə müvafiq olaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iclasında hadisə yerini əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs spritli içkinin təsiri altında “TOYOTA LC200” minik markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobili idarə edərkən ilk öncə işıqforun qadağanedici işığında hərəkətini davam etdirərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə hərəkətini davam etdirmiş, daha sonra yolun hərəkət istiqamətinin əks istiqamətinə çıxaraq əməli təkrarən törətməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Görüntülərdən həmçinin müəyyən edilir ki, müvafiq avtoxuliqanlıq hərəkətləri zamanı ətrafda digər avtomobillər olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.3-cü maddələri maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın Zəngilan Rayon Dövlət X11 həvalə olunmalıdır. Məhkəmə Şəxs barəsində İXM-nin 334.1 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş protokollarla əlaqədar sonuncuya inzibati tənbeh tədbiq edərkən xətaların xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını və onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, daha ciddi xəta kimi həmin Məcəllənin 511.1.3 maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə cəzası tətbiq edilərək sonuncunu cəmiyyətdən təcrid etmədən də islah edilməsinin mümkün olduğu qənaətindədir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.3-cü maddələri maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Zəngilan Rayon Dövlət X11 həvalə edilsin. Qərarın inzibati cərimə növündə tənbeh tədbirinə dair icrası Salyan Rayon İcra və probasiya şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası isə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar