Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2403/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı Yüzbaşiyev Emil Vaqif oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mahmud oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında qeydiyyatda olan və ünvan 1 yaşayan Şəxs Mahmud oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Pİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə Əzizov X3 rayonu, Masazır qəsəbəsi, Ə.Vahid heykəlinin yanında tanışı Şəxs Mahmud oğlu adlı şəxsə ümumilikdə 352 manat pulu işçi tapmaq üçün vermiş, lakin Şəxs Mahmud oğlu vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı Yüzbaşiyev Emil Vaqif oğlu bildirdi ki, Əzizov X4 adlı şəxsə ona işçi lazım olduğunu bildirdiyi üçün bundan istifadə edən Şəxs əmisi oğlunu dəmirçi kimi qələmə verərək Zərərçəkmiş şəxs ona ümumilikdə 352 manat pul göndərməsini xahiş etmiş, həmin puldan 150 manatını borc kimi digər 202 manatını isə bilet adı ilə Elnurdan istəmiş və Elnur ödəmə edilməsi üçün əmisi oğlu Şəhriyara öz kartından Mətləbin onlara göndərdiyi karta 352 manat ümumi pulu göndərmişdir. Bundan sonra Şəxs həmin puldan 202 manatını Elman adlı şəxsə göndərdiyini bildirsə də bu haqda heç bir maddi sübut təqdim edə bilməmiş göndərilmiş olan 352 manat pulun onun kart hesabına köçürüldüyünü təsdiqləmişdir. Odur ki, Şəxs həmin vəsaiti ələ keçirməklə şikayətçiyə qarşı dələduzluq etmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs Mahmud oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mətləb adlı şəxslə Masazır qəsəbəsi, Əliağa Vahidin heykəlinin yaxınlığında görüşüb söhbət etdiyi zaman əmisi oğlunun işsiz olduğunu onu işə düzəltmək istədiyini ona bildirdikdə o da əmisi oğlu X1 Leninqrad şəhərində olduğunu, orada fəhlələr lazım olduğunu və əmisi oğlunu ora göndərilməsi üçün hətta biletini belə ala biləcəyini demişdir. Bundan sonra mən ondan əmisi oğlunun ona borcu olduğu üçün 150 manat və 202 manat Gəncə şəhərindən Piterə uçması üçün bilet pulu istəmişdir. O etiraz etməyərək bu barədə əmisi oğluna danışmışdır. Mətləbin ona göndərdiyi 416973***5421 hesab nömrəsini Əmimoğlu Şəhriyara göndərmiş və o da Sant-Peterburq şəhərindən xx.xx.2024-cü il tarixdə 2 dəfə 150 manat və 202 manat pulu özünə məxsus 416973***0454 hesab nömrəsindən Mətləbin kartına köçürtsə də Mətləb telefonlarına cavab verməyərək onu aldatmışdır. Hazırda Şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Mahmud oğlu verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Masazır qəsəbəsindən əvvəllər çalışdığı təkər təmiri məntəqəsindən tanımışdır. Elnur xx.xx.2024-cü il tarixdə onun təkər təmiri yerinə yaxınlaşıb söhbət zamanı ona əmisi oğlunun yanında Leninqrad şəhərində köməkçi dəmirçi işini bacaran şəxs lazım olduğunu bildirmişdir. Ona adam tapa biləcəyini söyləmiş və Ağstafa rayonunda dəmirçi işləyən Elman adlı şəxsin mobil nömrəsinə zəng vuraraq bu barədə ona danışmışdır. Elman əlində işinin olduğunu 10 günə işini bitirdikdən sonra gedə biləcəyini bildirmişdir. Bundan sonra X2 yaşayan əmisi oğlu ilə söhbət edib razılaşmışlar. Elmanın 150 manat borcunu və 202 manat Gəncə şəhərindən Leninqrada uçmaq üçün ümumi 352 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il onun Elnura göndərdiyi öz adına olan kart hesabına Elnurun Leninqradda olan əmisi göndərdiyi 150 manat və 202 manat pulu göndərmişdir. O da həmin puldan 202 manatını Elmanın ona verdiyi kart hesabına öz kartından mobil aplikasiya vasitəsilə göndərmişdir. Digər 150 manat pul isə o özünə xərcləmişdir. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişdir Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mahmud oğlunun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığını bildirərək, iş icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/12810 saylı araşdırma material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Mahmud oğlunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin izahatlarından göründüyü kimi zərəçəkmiş şəxsə dəymiş ziyan inzibati xəta əməlini törətmiş şəxs tərəfindən ödənilmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mahmud oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Mahmud oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mahmud oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2403/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2403/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver