Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2407/2020 23.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2020 tarixli, MN 0473564, xx.xx.2020-ci il tarixli, MN 0473567, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs1 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə cəmiyyət 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditini aparmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs2 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə cəmiyyət 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditini aparmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs3 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə cəmiyyət 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditini aparmamışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC barələrində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, məhkəməyə xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC-in 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditini aparmaması ilə bağlı heç bir digər mötəbər sübut təqdim olunmamış, sadəcə protokol və xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC-yə ünvanlanmış bildirişlərin surəti göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən digər məsələrlə yanaşı, həmçinin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020 tarixli, MN 0473564, xx.xx.2020-ci il tarixli, MN 0473567, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda İXM-nin 100-cü maddəsinin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC barəsində məlumat işə əlavə olunmamışdır. Eyni zamanda xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC barəsində tərtib edilmiş protokollara baxılması üçün məhkəməyə göndərilməsi barədə məktub tərtib edilmədiyinə, ayrı-ayrı icraatda ayrılıb baxılması mümkün olmadığından, natamam olduğundan işə baxmaq və qanuna müvafiq qərar qəbul etmək mümkün deyildir. Qeyd edilənlərlə bağlı hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101, 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: xxxx MMC, Şəxs2 MMC, Şəxs3 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2020 tarixli, MN 0473564, xx.xx.2020-ci il tarixli, MN 0473567, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar ona əlavə edilmiş sənədlərə birlikdə geri qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2407/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2407/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver