Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2409/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, X3 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq mərhələsində Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli protokol əsasında AR İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, inzibati xəta barədə qərarda inzibati xəta protokolunu qeyd etsə də, şikayət edilən qərar və həmin qərarın hansı orqan tərəfindən qəbul edilməsi barədə məlumatları, habelə qeyd e dilən inzibati xəta protokolunu məhkəməyə təqdim etməmişdir ki, bu isə işin baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli protokol əsasında AR İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2409/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2409/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver