Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-241/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən onun ünvan 1 ünvanında 10 ədəd həmişəyaşıl sərv tinginin kökündən çıxarılaraq yaxınlıqdakı yaşıllıq üçün nəzərdə tutulmuş boş əraziyə əkməyi əsas gətirilərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Lakin, o, barəsində qəbul edilmiş qərarın əsassız və qanunsuz olduğunu hesab edir. Belə ki Abşeron rayonu Xırdalan şəhərində onun mülkiyyətində 0.006 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********0 reyestr nömrəsi ilə qeydə alınmışdır. X6 isə tikdiyi tikili ilə onun torpaq sahəsinin təxminən 20-25 kvadrat metr hissəsini zəbt etmişdir. Yəni, Musayev Ruslanın tikdiyi tikilinin təxminən 20-25 kvadrat metr hissəsi ona məxsus olan torpaq sahəsinin üzərinə düşür. O, həyat yoldaşı xəstə olduğuna görə bir müddət həmin torpaq sahəsinə gedə bilməmişdir. Ona görə də tikili başlayan vaxt xəbəri olmamışdır. O, Ruslandan torpaq sahəsini boşaltmasını tələb etsə də, nəticəsi olmamışdır. X7 tikintiyə başlayarkən o həmin şəxsin tikdiyi tikili ilə onun evi arasında 4.5 metr məsafə saxlanılması barədə razılığa gəlsə də, Ruslan ara məsafəsini 3.7 metr kimi saxlamışdır. O, da Ruslanın ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq mənə təhvil veritməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş hal-hazırda məhkəmənin ıcraatındadır. O, 13 dekabr 2024-cü il tarixində evinə gedərkən qonşusu Ruslanın tikdiyi tikili ilə onun evinin arasında bir cərgədə 10 ədəd həmişəyaşıl sərv tingini əkdiyini görmüşdür. Yük maşını ilə gəldiyindən maşını əkilən ağaclara görə həmin yerdən keçə bilməmişdir. Bu səbəbdən o, ağacları əkildiyi yerdən çıxarıb yaşıllıq üçün nəzərdə tutulan yerdə əkmiş və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Musayev Ruslan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng edərək bu barədə şikayət etmişdir. 23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə polis əməkdaşları ağaclar əkilən yerə birlikdə baxış keçirmişlər. Buna dair fotoşəkillər də mövcuddur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ağaclara qulluq olunduğunu təsdiqləsələr də, ağacların yeri dəyişdirilən zaman da onlara məlumat verilməli olduğunu bildirmişlər və buna görə də barəsində MN ******* nömrəli protokol tərtib olunmuşdur. Lakin, bildirmək istəyir ki, onun ağacların yerini dəyişdirməyi məcburiyyətdən baş vermişdir. Belə ki, onun həyətinə yük maşını girməli idi. Əgər ağacların yerini dəyişdirməsəydi, yük maşını onları qıra bilərdi. Həmçinin, ağaclar yaşıllıq üçün nəzərdə tutulmuş yerdə əkilmişdir və onlara davamlı qulluq edilir. Eyni zamanda bildirmək istəyir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq olunarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253- 1.2.2-ci maddələrinə istinad edilmişdir ki, həmin maddənin də sanksiyasında fiziki şəxslər barəsində min manat miqdarında, vəzifəli şəxslər barəsində beş min manat miqdarında, hüquqi şəxslər barəsində isə on beş min manat miqdarında cərimə nəzərdə tutulmuşdur. Lakin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli 72- VİİQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ləğv edilmiş və yeni redaksiyada 253-1.2-ci maddə əlavə edilmişdir. Belə ki, həmin maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə vəzifəli şəxslər beş min manat miqdarında cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi artıq bu inzibati xətanı törətməyə görə yalnız vəzifəli şəxslər məsuliyyətə cəlb oluna bilər. Qeyd olunan dəyişikliklər 29 dekabr 2024-cü il tarixində qüvvəyə minmişdir. Belə olan halda hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 23 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X8 bildirmişdir ki, qaynar xəttə daxil olmuş şikayət əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən 10 ədəd ağac yerindən çıxarılaraq, sonuncunun həyətinə gedən yolda əkilmişdir. Əvvəlki qanunvericiliyə əsasən yaşıllıqlar Bələdiyyənin göstərdiyi ərazidə salınmalıdır. X4 tərəfindən özbaşına ağac əkildiyi üçün onun barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla X4 cərimə edilmişdir. Hazırda isə qanunvericiliyə dəyişiklik edilmişdir. Buna görə də, şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırıq. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 87-ci maddəsinin 2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Məhkəmə qeyd edir ki, X2 barəsində 23 dekabr 2024-cü il k tarixdə inzibati xəta protokolu tərtib olunarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253- 1.2.1 və 253-1.2.2-ci maddələrinə istinad edilmişdir ki, həmin maddənin də sanksiyasında fiziki şəxslər barəsində min manat miqdarında, vəzifəli şəxslər barəsində beş min manat miqdarında, hüquqi şəxslər barəsində isə on beş min manat miqdarında cərimə nəzərdə tutulmuşdur. Lakin şəxsin barəsində göründüyü kimi 07 yanvar 2025-ci il tarixdə qəbul olunmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli 72-VİİQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ləğv edilmiş və yeni redaksiyada 253-1.2-ci maddə əlavə edilmişdir. Belə ki, həmin maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə vəzifəli şəxslər beş min manat miqdarında cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi artıq bu inzibati xətanı törətməyə görə yalnız vəzifəli şəxslər məsuliyyətə cəlb oluna bilər. Qeyd olunan dəyişikliklər 29 dekabr 2024-cü il tarixində qüvvəyə minmişdir. Belə olan halda hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 07 yanvar 2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-241/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-241/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver