Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2411/2020 21.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs Kərimova Könül Duman qızının iştirakları ilə xx.xx.1975-ci il tarixdə Cəbrayıl şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-826/2017 saylı xx.xx.2017-ci il tarixli tarixli icra sənədinə əsasən Şəxs oğlundan hər ay 140 manat aliment borcu tutularaq Kərimova Könül Duman qızına ödənilməlidir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-826/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlundan hər ay 140 manat aliment borcu tutularaq Kərimova Könül Duman qızına ödənilməsi qət edilmişdir. Hal-hazırda Şəxs oğlunun zərərçəkmiş şəxsə 17640 manat ödəməlidir. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs oğlunun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlu hal-hazırda xəstə olduğu üçün heç bir yerdə işləmir. Borcunu tam şəkildə ödəməyə imkanı olmadığından hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Kərimova Könül Duman qızı Şəxs ona olan borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığını və Şəxs oğluna inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-826/2017 saylı xx.xx.2017ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və 17..12.2009-cu il tarixdə anadan olmuş X1 anaları Kərimova Könül Duman qızının yanında qalması müəyyən edilməsi, cavabdeh Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X1 18 yaşa çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 70 manat, cəmi 140 manat məbləğində aliment tutularaq iddiaçı Kərimova Könül Duman qızına ödənilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2010-cu il tarixdə hesablanması və ödənilmiş 5 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materaillarında olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Məmmədov X4 rayonundan məcburi köçkün düşmüş, hal-hazırda Yasamal rayonu, Azərbaycan Texniki Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış və vahid aylıq müavinət alır. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs oğlu müavinət şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunın hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəıuri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından da, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi izahatdan da görünür ki, Şəxs oğlunın əməlində inzibati xətanın tərkibi vardır, bununla bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş, nəticə olaraq əməlində inzibati xətanın tərkibi yaranmışdır. İş materiallarında olan məktublardan da görünür ki, borclunun adına heç bir daşınmaz əmlak yoxdur, müavinət alan şəxs və vergi ödəyicisi kimi qeydiyyatda alınmamışdır. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs oğlu üzürsüz səbəbdən icra qeydini icra etmir. Məhkəmə hesab edir ki, Şəxs oğlu icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2411/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2411/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver