Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2411/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Bağırlı İlahə Oruc qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X5, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil bürosunun vəkili X10 hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 8317 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda yaşayan Şəxs narkotik vasitə qəbul etməsinə dair ƏÇPAnın 12-ci PB-nün əməkdaşlarının xx.xx.2023-cü il tarixdə tərtib etdiyi raport həmin tarixdə HK-1/ 1920 sırasında qeydiyyata alınmaqla icraatıma verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 8317 nömrəli tibbi müayinəsi rəyinə əsasən Şəxs götürlmüş sidik nümunəsində THC (+) aşkar olundu. Abşeron RPl-nin Saray PB-nin inzibati binasına gətirilmiş Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tərəfimdən şübhəli şəxs qismində xx.xx.2023-cü il il tarixdə tutulmuş, sonra isə üzərində şəxsi axtarış aparılmışdır. Lakin şəxsi axtarış zamanı Şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmadığından Şəxs barəsində tərtib olunmuş tutma qərarı ləğv edilmiş və o, MSY- ə təhvil verilmədən tutmadan dərhal azad edilmişdir. İzahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman qaranlıq yerdə dayanmışdır. 2 nəfər polis əməkdaşının ona yaxınlaşıb özünü polis əməkdaşları kimi təqdim edib anket məlumatlarını soruşduğunu, həmin zaman polis əməkdaşlarına qarşı yersiz ifadələr işlədərək nəşə çəkdiyini onlara bildirdiyini qeyd etmişdir. Daha sonra həmin polis əməkdaşları ilə birlikdə Abşeron RPl-nin Saray PB-nə getməli olduğunu, həmin zaman heç bir etiraz etmədən polis əməkdaşları ilə Saray PB-nə gəldiyini bildirmişdir. Saray PB-nə gəldikdən sonra narkotik vasitə istifadəçisi olduğunu bildirdiyini, bir müddət əvvəl Bakı şəhəri Qaraçuxur qəsəbəsində tapdığı narkotik vasitə olan marixuananı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qəbul etdiyi barədə məlumat vermişdir. Abşeron RPl-nin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış keçiriləcəyi barədə məlumat verildiyini, daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirildiyini qeyd etmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrinin izah edildiyini, hüquq və vəzifələrinin izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulduğunu və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyinin təklif edildiyini bildirmişdir. Bu zaman o üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olmadığını bildirdiyini, üzərində şəxsi axtarış keçirilsə də heç bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyini bildirmişdir. Bütün izahatında qeyd etdiyi prosesin video çəkiliş vasitəsilə qeydə alındığınm, PB-nə gətirilən zaman polisin hər hansı qanunsuz hərəkətlərinə rast gəlmədiyi barədə məlumat vermişdir. Əliyev X7 RPl-nin Saray PB-nə ərizə ilə müraciət edərək, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, bununla bağlı təyin edilmiş məhkəmə-narkoloji ekspertizasından keçirilməyinə heç bir etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, ƏÇPA-nın 12-ci PB-nün əməkdaşları tərəfindən tərtib edilmiş raport əsasında aparılmış araşdırma zamanı Şəxs narkotik vasitə və psixotrop maddə istifadə etdiyi sübuta yetsə də Şəxs əməlində cinayət tərkibi müəyyən olunmamışdır. Lakin Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan şəxsi istehlak edərək, narkomaniya xəstəliyinə tutulmuşdur. Şəxs narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı vasitə sində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası cərimə hissəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2411/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2411/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver