Məhkəmə qərarları › İş №3(012)-2412/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2412/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2412/2020 22.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ İş№ 3(012)-2412/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ QƏRAR (İnzibati xəta haqqında iş üzrə) xx.xx.2020-ci il Xırdalan şəhəri Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və ProbasiyaŞöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, H.Zeynalabdin qəs, Pereküşkül küçəsi, ev 25 qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və ProbasiyaŞöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abdıyev X7 şəhər Məhkəməsinin 2(060)-399/2018 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış borcu ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-399/2018 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X4 3500 manat borcunu ödəməmişdir. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs oğlu icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu ödənişi dekabr ayında ödədiyini, hal-hazırda yaranmış borcdan ödəniş etmək iqtidarında olduğunu bildirərək hazırki işüzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-399/2018 saylı, xx.xx.2016-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4093 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X1 şəhər Məhkəməsinin 2(060)-399/2018 saylı, xx.xx.2016-cu il tarixli icra vərəqəsi üzrə borclu Şəxs Abdi oğlunun cəmi qətnamə üzrə borclu 4093 manat məbləğində pul vəsaitdən 2628 manat məbləğində pulu vəsaitini borclu Şəxs Abşeron rayon İcra və Probasiya şöbəsi vasitəsilə təhvil almışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs Abdi oğlu xx.xx.2020ci il tarixində 400 manat və xx.xx.2020-ci il tarixində 100 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxsqətnamənin icrasından bilərəkdən yayınmır və o, borcu ödəməkdən qəsdən boyun qaçırmır. Şəxs oğlu xəstəliyi ilə əlaqədar aliment borcunu ödəyə bilməmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, hazırda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar