Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2413/2023 29.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi və Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN Abşeron rayon DYP tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN Abşeron rayon DYP tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında şikayətçi X3 izahatında bildirdi ki, ailədə ondan başqa gəlir, qazanc gətirən yoxdur, yaşayış şəraitləri heç də ürək açan deyil, işi ilə əlaqədar rayonda olduğundan işdən icazə ala bilmədiyinə görə məsələnin həlli istiqamətində heç bir iş görə bilməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan heç bir məlumatı olmamışdır. Həmin protokolu özü polisə müraciət edərək əldə etmişdir. Bu səbəbdən də sözügedən protokoldan şikayət vaxtında verməmişdir. Buna görə də müddətin buraxılması üzürlüdür. Sonda o, müddətin ötürülməsi səbəbini üzürlü hesab edilməsi və müddətin bərpa edilməsini xahiş etdi. İş materiallarına X3 tərəfindən Azərbaycan Respublikası DİN Abşeron rayon DYP tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın 20 oktyabr 2023-cü il tarixdə qəbul etdiyi müəyyən edilir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası DİN Abşeron rayon DYP tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 tərəfindən TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə dəlilləri əsaslı deyildir. Bu səbəbdən onun ərizəsi əsassız olduğundan rədd olunmalı, ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN Abşeron rayon DYP tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Ərizə və ona əlavə olunan sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2413/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2413/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver