Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2413/2025 26.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Bəxtiyar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Zəngilan rayonunun Qaradərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Zəngilan rayonu, N.Nərimanov küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 26 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Zəngilan rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)- 388/2023 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, cavabdeh Şəxs çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manat, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyə görə 1500 manat pul və 55 manat ödənilmiş dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 01 mart 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin 8(012)-405/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmış, bundan sonra icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından, 12 fevral 2025-ci il və 16 sentyabr 2025-ci il tarixlərdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 2885 manat borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, o, 2022-ci ildən uşaqlarının və özünün səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanalarda olmaqla yanaşı həmçinin əməkhaqqında da azalmalar olduğundan ödəniş edə bilməmiş, lakin həmin borc aylara bölünərsə vaxtlı-vaxtında ödəniş edə biləcəyini qeyd etməklə ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs barəsində Zəngilan rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)- 388/2023 nömrəli icra vərəqəsi üzrə borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Zəngilan rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)-388/2023 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, cavabdeh Şəxs çəkisi 11,6 qram olan, 750 əyarlıq (üzük, sırğa dəsti) qızıl-zinət əşyalarına görə 1500 manat və çəkisi 1,81 qram olan, 750 əyarlıq (uşaq üçün sırğa) qızıl-zinət əşyasına görə 230 manat olmaqla, cəmi 1730 manat, ümumi çəkisi 6.03 qram, brilliant qaşları 50 sot olan 750 əyarlıq birilliant üzüyə görə 1500 manat pul və 55 manat ödənilmiş dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır;
2. Zəngilan rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)-388/2023 nömrəli icra vərəqəsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 01 mart 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Zəngilan rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)-388/2023 nömrəli icra vərəqəsi ilə bağlı borclu Şəxs ölkədən getmək hüququ Abşeron rayon Məhkəməsinin 8(012)-405/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadına əsasən məhdudlaşdırılmışdır;
4. Zəngilan rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)-388/2023 nömrəli icra vərəqəsi ilə bağlı 12 fevral 2025-ci il və 16 sentyabr 2025-ci il tarixlərdə Şəxs barəsində axtarış haqqında qərar qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Həsənova X1 rayon məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(034)- 388/2023 nömrəli icra sənədi üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını və digər halları qeyd etsə də məhkəmə qeyd olunan halları icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov