Məhkəmə qərarları › İş №3(012)-2414/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2414/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2414/2020 22.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 və Abşeron RPİ-nin İTŞ-nin sahə rəi polis mayoru X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayon, Masazır kəndin anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, o təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron rayon, Masa kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X1 barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşer Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda X2 xx.xx.2020-ci il tarix Abşeron rayonu, Masazır kəndi ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozma bununla da X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzib xətanı törətməsi göstərilmişdir. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru məhkəmədə verdiyi izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları karantin rejimi əlaqədar xidmətdə olarkən Abşeron rayonu, Masazır kəndi ərazisində oyun zalının tətbiq olunm karantin rejimi qaydalarını pozmaqla fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Polis əməkdaşl dərhal həmin yerə yaxınlaşaraq özlərini təqdim etməklə orada olan şəxsləri Abşeron RPİ-nə də etmiş və orada həmin şəxsin X5, olması müəyyən edilmişdir. Bununla da X5 ölkə ərazisində tət olunmuş karantin rejimi qaydalarını pozmuşdur. Buna görə də X5 barəsində Azərbayc Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs X5 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə Abşeron rayon Masazır kəndi ərazisində yerləşən oyun zalında olan zaman polis əməkdaşları ora yaxınlaşaraq ö ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını pozduqları üçün onu Abşeron RPİ-nə də edərək barələrində inzibati protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilərək məhkəmədən o yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X5 barəsində inzibati tənbeh tət edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictim münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzünd törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hes olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, X5 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlin həmçinin, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin dispozisiyası ilə nəzər tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icra aparılan şəxs X1 Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzib xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin dig materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzib Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliy tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, hab həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsi qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edi tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qan və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyy onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran ha nəzərə alınır. X1 tutduğu əməldən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. X1 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, X3 inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbe məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olma yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətal törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzib tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Ray Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar