Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2414/2025 24.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət vermiş şəxs: X1 iştirakları ilə X1 DİN DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30069008 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nərimanov küçəsi 46/42-də avtomobili ilə hərəkətdə olarkən qəfil nasazlıq baş vermiş hərəkəti dayandırmağa məcbur olmuş, dərhal daşıma xidmətinə zəng edərək texniki kömək istəmişdir.(Nəqliyyat vasitəsinin hadisə yerindən təmir məntəqəsinə daşınması ilə bağlı qaimə iş materiallarına əlavə edilmişdir) Həmin vaxt oradan keçən DYP əməkdaşı nəqliyyat vasitəsini hərəkət yolundan kənarlaşdırılması iləbağlı göstəriş vermiş, nəqliyyat vasitəsində nazaslıq yarandığını bildirərək daşıyıcı çağırdığını bildirdikdə inspektor heç nə deməyərək oradan getmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30069008 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 18:12-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nərimanov küçəsi 46/42-də MERCEDES BENZ C200 markalı, ** KT *** dövlət qeydiyyat nişanlı minik avtomobillə ikinci və sonrakı cərgədə durmaqla dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir; 19 avqust 2025-ci il tarixli qaimədən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nərimanov küçəsi 46/42-də MERCEDES BENZ C200 markalı, ** KT *** dövlət qeydiyyat nişanlı minik avtomobil həmin tarixdə saat 19:15 Sumqayıt şəhəri Çerkassi küçəsinə avtotəmir məntəqəsinə daşınmışdır. Belə olan halda işin tam və obyektiv hallarını sübutlar təqdim edilmədiyi üçün araşdırmaq mümkün olmadığından xx.xx.2025-ci il tarixli, EQ 30069008 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.6-cı maddə); İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30069008 saylı inzibati tənbeh vermə haqqında ləğv edilsin və iş baxılması üçün həmin orqana göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2414/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2414/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver