Məhkəmə qərarları › İş №3(012)-2415/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2415/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2415/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Bağırlı İlahə Oruc qızının katibliyi ilə, Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Xaçmaz rayonu, Muxtadır qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllə, ev 3, mənzil 30 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis mayoru X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə Çörək zavodunun yanında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən, saat 03:40 radələrində Xırdalan şəhərində xidmət apararkən efir vasitəsilə 57-16 çağırışlı avto-patrul onları köməyə çağırmışdır, onlar da Xırdalan şəhəri, çörək zavodunun yanına yaxınlaşmışlar, hadisə yerində məlum oldu ki, 5 nəfər vətəndaş kütləvi şəkildə dava dalaş edərkən əməkdaşların polis idarəsinə dəvətindən boyun qaçıraraq, onlara tabesizlik göstərərək nalayiq ifadələrlə onları söymüşlər. Həmin şəxslər onlar tətəfindən polis idarəsinə gətirilmişlər. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, inzibati xəta törətməsini qəbul edir, özünü təqsirli bilir. Əməlindən peşmandır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 02.40 radələrində əmisi oğlunun evindən qayıdarkən binanın həyətində nəqliyyat vasitəsinin təkərinin boşaldıldığını gördü və güman etmişdir ki, bina sakinlərinin biri boşaldıb və orada təkəri boşaldanların ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ərazidə olan polis əməkdaşları da onu nizam intizama dəvət etsə də, o sərxoş olduğundan nalayiq ifadələr işlətməyə daxam etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir.Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş şahid X12 bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu vaxt Xırdalan şəhəri, Çörək zavoduun yanxınlığında 4 nəfər şəxsin bir-biri ilə dalaşdığını görüb onlara yaxınlaşan zaman uca səslə bir-birini təhqir edərək, nalayiq küçə söyüşlər söydüklərini görüb onları nizam intizama dəvət etmişdir. Ətrafda yaşayanlar küçəyə çıxaraq polisdən əvvəl onları binalarının yanından kənarlaşmalarını xahiş edirdilər. Həmin 4 nəfər şəxs açıqca ətrafda olanlara hörmətsizlik edərək ictimai asayişi pozaraq öz hərəkətlərini davam etdirmişlər. Onlar polisə müqavimət göstərərək, polisin qanuni tələblərini pozmuşdurlar. Onlar əlavə qüvvə ilə idarəyə gətirilmişlər. Məhkəmə iclasında dindirilmiş şahid X1 da şahid X12 ilə eyni məzmunlu ifadələr vermidişdirlər. Məhkəmə iclasında dindirilmiş şahid X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02-30 radələrində məhəllədə səs küy gəldiyini görüb çölə çıxmış, iki üç nəfərin içkili halda nalayiq ifadələrini işlətdiklərini eşitmişdir. Polislərlə həmin şəxslər arasında mübahisənin olduğunu görüb yaxınlaşmış, mülki geyimdə olan şəxslərin polis əməkdaşlarına tabesizlik göstərdiklərini görmüşdür. Polis əməkdaşları onları Abşeron RPİ-nə dəvət edən zaman getmək istəmədiklərini və polis qanuni tələblərinə qəsdən tabe olmadıqlarının şahidi olmuşdur. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 03:40 radələrində tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş vəziyyətində olmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun vəziyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 03:40 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar