Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2417/2020 23.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon Pİ-in sahə rəisi X3, inzibati xəta törətmiş şəxs X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, yeni məhəllədə yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: X4 xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə olmaqla, karantin rejimini pozmuşdur. Buna görə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X2 göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon Pİ-in sahə rəisi X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron RPİ-in əməkdaşı Gündüz Quliyev tərəfindən verilmiş raporta əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, yeni məhəllədə yaşayan X4 xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə olmaqla, karantin rejimini pozmuşdur. Buna görə də X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, respublika ərazisində qarantin rejimi ilə əlaqədar evdə olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə olarkən, kafeyə polis əməkdaşları daxil olmuş, respublika ərazisində qarantin rejimi ilə əlaqədar ondan küçəyə çıxmağa icazəsi olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına evdən çıxmağa icazəsi olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə X2 inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X4 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə, X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən X1 xüsusi karantin rejimi qaydalarını bildiyi halda qəsdən pozmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il, saat 22:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2417/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2417/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver