Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2418/2020 23.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri, 2-ci mikrorayon ev 33/75, mənzil 02-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:30-da, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kafeni işlətməklə, karantin rejimini pozmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon polis idarəsinin əməkdaşı Gündüz Quliyev tərəfindən verilmiş raporta əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon ev 33/75, mənzil 02-də yaşayan Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:30da, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kafeni işlətməklə, karantin rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən kafeni işlədir. xx.xx.2020-ci il tarixdə, saat 21:30-da, kafeni işlədərkən, həmin vaxt oraya polis əməkdaşları daxil olmuşdur. Respublika ərazisində qarantin rejimi ilə əlaqədar ondan icazəsi olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına kafe işlətməyə icazəsi olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002113 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat inzibati cərimə olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2418/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2418/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver