Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2418/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X2, Müdafiəçi: Xırdalan şəhər vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" QSC-də operator vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Abşeron rayon Polis İdarəsi tərəfindən X6 barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi, polis mayoru Bəybala Ərəbov izahat verərək bildirmişdir ki, xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdə saat gecə saatlarında avtopatrul əməkdaşları ərazidə xidmət aparan zaman Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə, Çörək Zavodunun yaxınlığında 4-5 nəfər şəxs tərəfindən kütləvi dava-dalaş baş verdiyini görmüş, onlara yaxınlaşaraq idarəyə getməli olduqları barədə məlumat vermiş, lakin həmin şəxslər polislərin dəvətindən boyun qaçıraraq, onlara hörmətsizlik və müqavimət göstərərək, nəlayiq ifadələrlə söyməyə başlamışlar. Ərazidə xidmər aparan əməkdaşlar həmin şəxslərin sərxoş olduqlarını nəzərə alaraq, onları sakitləşdirmək, münaqişənin böyüməsinin qarşısını almaq üçün əlavə qüvvəyə ehtiyac olduğundan efir vasitəsi ilə digər əməkdaşları da köməyə çağıraraq, hadisəni törədən şəxsləri idarəyə gətirərək, təhvil vermişlər. Onlar polisin qanuni tələblərinə tabe olmadıqları üçün barələrində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Pərvin Mustafazadə izahat verərək bildirmişdir ki, inzibati xəta ilə bağlı özünü qismən təqsirli bilir. xx.xx.2023-cü il tarixdə əmisi oğluna məxsus avtomobilin təkərinin boşalması ilə bağlı yaranan səs-küylə əlaqədar polis əməkdaşları sonuncunu ictimai asayişi pozması ilə əlaqədar idarəyə aparan zaman o, baş vermiş hadisəyə müdaxilə edərək, əmisi oğlunu onun polis idarəsinə aparılmasına mane olmağa çalışmış, polisə müqavimət göstərmək niyyətində olmamış, məqsədi əmisi oğlunun idarəyə aparılmasının qarşısını almaq, münaqişəni sakitləşdirmək olmuşdur. Daha sonra onlar hər biri bölməyə gətirilərək barələrində protokol tərtib olunmuşdur. O, əlavə olaraq bildirdi ki, polisə qarşı kobudluq etməmiş, tabesizlik göstərməmişdir. Əvvəl idarəyə gəlməyə etiraz etsə də, sonradan könüllü olaraq idarəyə gəlmişdir. Baş verən hadisəni spirtli içki qəbul etməsi ilə əlaqələndirmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Eldar Səfərov hüquqlarını müdafiə etdiyi Pərvin Mustafazadənin himayəsində azyaşlı uşaqlarının olmasını və əməlindən qismən də olsa peşman olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X2 azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 03:40-dan məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində X2 yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, X2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, X2 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən X1 peşmançılığı və himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Pərvin Mustafazadə ilə əlaqədar inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, himayəsində olan azyaşlı uşaqlarını, əməlindən peşman olmasını, ictimai ərazidə əsaslı səbəb olmadan, ətrafda olan insanları narahat edərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını nəzərə alaraq, sonuncu tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs X3 məhkəmə iclasında dövlət hesabına 3 saat olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 03:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs X3 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsinə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2418/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2418/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver