Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2419/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar: X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1990-cı ildə İsmayıllı rayonunun, Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, İsmayıllı rayonu, Göytəpə kəndində qeydiyyatda olan və yaşayan X13 barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən X8 inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 16(037)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X7 birgə nikahdan doğulmuş hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat məbləğində aliment müvəqqəti tutularaq, xx.xx.2024-cü il tarixdə doğulmuş X11 və 14 mart 2018-ci il tarixdə doğulmuş X1 üçün X4 ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 2460 manat təşkil edir. Ona görə də borclu X13 barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Röyal Mursalıyev barəsində tərtib olunmuş inzibati xəta ilə bağlı özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, tələbkarla aramızda olan nikah pozulmamışdan əvvəl ona verilmiş karta aliment məbləğindən müəyyən vaxtlar ərzində ödənişlər etmiş və bununla bağlı qəbzləri də icra şöbəsinə təqdim etmişdir. Onda alimentlə bağlı olan kart hesabı olmadığı üçün digər karta ödənişlər etmişdir. O, indiki dövrə qədər aliment borcundan 500 manat ödəmişdir. Kart hesab nömrəsi ona verilmiş olsaydı daha çox pul ödəyə bilərdi. Hazırda iş tapa bilmədiyindən aliment üzrə ödənişlər edə bilmir. Ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Pərvanə Mustafayeva izahat verərək bildirdi ki, borclunun icra sənədləri üzrə yaranmış borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, əks halda Röyal Mursalıyev barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, X13 icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədlərində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İsmayıllı rayon Məhkəməsinin 16(037)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən 04 aprel 2023-cü il tarixdən başlayaraq mübahisə məhkəmədə həll olunana və məhkəmə qətnaməsi çıxarılanadək X7 birgə nikahdan doğulmuş hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat məbləğində aliment müvəqqəti tutularaq, xx.xx.2024-cü il tarixdə doğulmuş X11 və 14 mart 2018-ci il tarixdə doğulmuş X1 üçün X4 ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə icraat xx.xx.2023-cü il tarixdə başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Cavabdehlə qətnamənin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlar verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdulayevin xx.xx.2023-cü il tarixli qərarı ilə İsmayıllı rayonu, Göytəpə kəndində qeydiyyatda olan borclu X13 barəsində axtarış elan edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədini üzrsüz səbəbdən icra etməyən X13 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, yaranmış 2460 manat borcunu üzrsüz olaraq ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs X8 himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında X13 aliment borcundan 500 manat ödəniş etməsini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən borclunun bildirdikləri özünü müdafiə xarakteri daşımışdır. Beləliklə də, aliment ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimə edilməsinin lüzumsuz olduğunu hesab edərək, Röyal Mursalıyev törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməməsi qənaətindədir. Belə olduqda məhkəmə borclunu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Barəsində inzibati icraat aparılan X12 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2419/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2419/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver