Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2419/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət vermiş şəxs: X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 24 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 24 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan Anar Əliyev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 24 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, Anar Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki,o, barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın əldə edilməsi üçün Abşeron rayon DYP-nə ərizə ilə müraciət etmiş və həmin qərar 25 sentyabr 2025-ci il tarixdə ona təqdim edilmişdir. Ona görə də qərardan şikayət verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Anar Əliyev vəsatəti müdafiə edərək bildirdi ki, hadisə ilə bağlı Baş X4i İdarəsi tərəfindən tərtib edilmiş sənədlərdə onun guya "Niva" markalı nəqliyyat vasitəsinə zərər yetirdiyi qeyd olunmuşdur. Digər tərəfdən, "xxxx" ASC tərəfindən təqdim edilmiş bildirişdə hadisənin guya "Mercedes-240" markalı avtomobillə bağlı olduğu göstərilmişdir. Lakin qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində heç bir nəqliyyat vasitəsinə maddi zərər yetirilməmişdir. Faktiki zərərin mövcud olmamasına baxmayaraq, ona tətbiq edilmiş inzibati cərimə tərəfindən bir ildən artıq olar ki, ödənilmişdir. Hazırda "xxxx" ASC tərəfindən yaşadığı ünvana göndərilmiş məktubda əsassız şəkildə maddi tələblər irəli sürülməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də vəsatətin təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini bildirmədən məhkəmə məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçi tərəfindən təqdim edilən əsaslar müddətin bərpası üçün əsas hesab edilə bilməz. Belə ki, Anar Əliyev tərəfindən barəsində qəbul edilmiş inzibati tənbehin — cərimənin ödənilməsi tarixini və faktı nəzərə alınaraq, onun tərəfindən buraxılmış prosesual müddətin bərpasından imtina edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 24 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayəti üzrə buraxılmış prossesual müddətin bərpası barədə vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 24 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti üzrə buraxılmış prossesual müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2419/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2419/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver