Məhkəmə qərarları › İş №3(012)-242/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-242/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-242/2021 29.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 3(012)-242/2021 AzərbaycanRespublikası AbşeronRayon Məhkəməsihakiminin İnzibatixətahaqqındaişüzrə QƏRARİ 28.01.2021-ci il Xırdalan şəhəri Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 oğlunun, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindəndaxilolmuşinzibatixətahaqqındamaterialabaxaraq Müəyyənetdim: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 06.04.2011-ci il təvəllüdlü X3 və 12.11.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18.02.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Şəxs həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(004)-2032/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 06.04.2011-ci il təvəllüdlü X3 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18.02.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs müxtəlif bəhanələr gətirərək, tələbkara pul ödəməkdən imtina etmişdir. Bir sıra icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcundan tələbkara ödəniş etməmişdir. Dəfələrlə tələbkar tərəfindən borcluya müəyyən müddətdə vaxt verilməsinə baxmayaraq Şəxs icra vərəqələri üzrə olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, məhkəmə qətnaməsində qeyd olunan məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. Halhazırda aliment borcunun ödənilməməsinin səbəbi əmək haqqının az olmasıdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin əmək haqqısının az olduğunu əsas gətirərək məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbir tətbiq edilməsini xahiş etdi. Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsifedilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsində barəsində inzibati icraat aparılan Şəxs məhkəmə qətnaməsinin icrasını üzürlü səbəbdən icra etməməsini təsdiq edən heç bir sübut təqdim etməmiş, sadəcə hissə-hissə ödəniş etməsinə vəd verməklə kifayətlənmişdir. Məhkəmə icrasında Şəxs borcunun ödənməsi üçün ona vaxt verilməsini göstərsə də, sonuncu Abşeron rayon İcra və probasiya şöbəsində verdiyi izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsifedilmişdir Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsinionun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 29.01.2021-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar