Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2422/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra Şöbəsinin icra məmuru X12 izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-119/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən X4 və Şəxs birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneə törədilməsi X2 qadağan edilməsi qət edilmişdir. X4 uşaqları xəstəlik zamanı atası Şəxs evinə göndərmiş və o zamandan ana uşaqları ilə görüşə bilməmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs özü ona zəng edərək uşaqların suçiçəyi virusuna yoluxduğunu və uşaqlara baxa bilməyəcəyi üçün oğlunun onun yanında qalmağını istədiyini bildirdi. Bundan sonra xx.xx.2023-cü il tarixində baxa bilmədiyini bildirərək qızını da on verdi. Qeyd etdiyi vaxtlardan uşaqların müalicəsi onun yanında həkim nəzarətində davam etdirilir. TƏBİB-in və sahə həkiminin qeydiyyatına da alınıb. Bunu təsdiq edən sənədlərin surətini məhkəməyə təqdim edir. Uşaqlar suçiçəyi olduğundan tam sağlamlıqları bərpa olunduqdan sonra və karantin müddətləri bitəndən sonra uşaqları Abdullayev Murad və Abdullayevə Sevdanı anasına təhvil verəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, əvvəlcə oğlu, sonra da qızı suçiçəyi olmuş,aralarındakı razılaşmaya əsasən 30 noyabrda oğlunu, 14 dekabrda isə qızını ataları Şəxs vermiş,baxmayaraq ki, karantin müddəti 21 gündür Şəxs uşaqları ona vermir. Uşaqları atasına könüllü verdiyini, lakin uşaqlar ilə ünsiyyətə Şəxs imkan vermədiyini bildirmişdir. Gələn il uşaqların kimdə qalması ilə bağlı məhkəmə iclası olacağından uşaqları atasının öyrətdiyini bildirmişdir. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 16(012)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X4 və Şəxs birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00dək ünsiyyətdə olmasına maneə törədilməsi X2 qadağan edilməsi qərara alınmışdı. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar Abşeron Rayon Məhkəməsinin 16(012)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasəndir. İşin materiallarında olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlarına sahə həkimi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, hər iki uşaq suçiçəyidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkəni, vəkili və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, tərəflərin hər ikisinin izahatlarından göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları X1 himayəsində olmuş, Abşeron Rayon Məhkəməsinin 16(012)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X4 və Şəxs birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək ünsiyyətdə olmasına maneə törədilməsi X2 qadağan edilməsi qərara alınmışdı. Uşaqların suçiçəyi xəstəliyinə yoluxması ilə əlaqədar X3 30 noyabr 2023-cü il tarixdə oğlunu, 14 dekabrda isə qızını ataları Şəxs vermiş ki, müalicələri ilə məşgul olsun. X4 hesa edir ki, uşaqlr artıq sağalmışlar, lakin qarşı tərəf qəsdən uşaqları geri qaytarmır. Şəxs isə bildiri ki, uşaqların müalicəsi davam edir,uşaqar karantindədir, uşaqları özündə saxlamaq fikri yoxdur, saalan kimi qaytaracaq. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlarına sahə həkimi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, hər iki uşaq suçiçəyidir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Şəxs hərəkətlərində məhkəmə qərarının icrasına maneçilik halları müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir.Odur ki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2422/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2422/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver