Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2436/2025 30.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənova Türkan Bəxtiyar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta Şəxs haqqında icraat aparılan şəxs: iştirakları ilə xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Fuad Məmmədov izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 08:30 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində aralarında baş vermiş mübahisə zamanı vətəndaş Zərərçəkmiş şəxs fiziki ağrı yetirməklə, döymə inzibati xəta əməlini törətmişdir. Buna görə də Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bildiyini, hazırda zərərçəkmiş şəxslə arasında barışıq əldə etdiyindən inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək, 31 iyul 2025-ci il tarixdə Şəxs ilə arasında yaranmış mübahisə ilə bağlı hazırda aralarında barışıq əldə etmələrini və sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 04 avqust 2025-ci il tarixli, 1836 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 04 avqust 2025-ci il tarixli, 1839 saylı ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi;
3. “Cinayət işinin başlanmasının rədd olunması barədə” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir;
4. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir.
Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu. ona əlavə olunmuş sənədləri araşdırıb, barışıq ərizəsinin zərərçəkmiş şəxsin şəxsən özü tərəfindən təqdim olunmasına əmin olub hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, tərəflər arasında barışıq əldə olunması hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Abusət Qasımov