Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2437/2020 28.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 51/1də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2020-ci il tarixli protokol tərtib etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, 0,023 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində, Abşeron rayon polis idarəsində üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmişdir. Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X2 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 51/1-də yaşayan Şəxs narkotik vasitə olan heroindən istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə polis idarəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat saat 10 radələrində, Şəxs əməliyyat müvəkkilləri tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılıb, rayon polis idarəsinə gətirilmişdir. Polis idarəsində üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0,023 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. Həmin fakt əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan heroin gəzdirdiyinə görə Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Şəxs yeri müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Şəxs İTŞ-yə təqdim olunduğundan xx.xx.2020-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, təxminən 2-3 ay olar ki, müxtəlif vaxtlarda narkotik vasitələr qəbul edir. xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən stadionun yanında olarkən yerdən bir büküm narkotik vasitə olan heroin tapmış və özü istifadə etmək üçün cibinə qoymuşdur. Həmin gün saat 10 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsində, polis əməkdaşları onu saxlayıb, Abşeron rayon polis idarəsinə gətirmişlər. İdarədə üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. Həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır. İş materiallarında olan və tədqiq edilmiş: Abşeron rayon Pİ-nin İŞ-si xx.xx.2020-ci il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/1214 №-li rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,023 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar usulla hazırlanmış narkotik vasitə - heroin (0,01 qram heroin tədqiqata sərf edilmişdir). xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə Abşeron rayon Pİ-nə təhvil verilmişdir. İnizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 005471 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzrədə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş və Abşeron rayon Pİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,013 qram çəkidə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Abşeron rayon Pİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,013 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2437/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2437/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver