Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2439/2020 29.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon Pİ-in sahə rəisi X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, MİK-16, ev 03, mənzil 08-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, tanımadığı şəxsdən 05 manat müqabilində bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 00:30-da Abşeron rayon polis idarəsində polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,323 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, X2 izahatında göstərmişdir ki, Sumqayıt şəhəri, MİK-16, ev 03, mənzil 08-də qeydiyyatda olan və yaşayan Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, onun üzərində narkotik vasitə olması barədə polis idarəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə, saat 00:30, Şəxs əməliyyat müvəkkilləri tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində saxlanılıb, rayon polis idarəsinə gətirilmişdir. İdarədə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 0,323 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Həmin faktla əlaqədar Abşeron rayon Pİ-in İŞ-nin araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, MİK-16, ev 03, mənzil 08-də yaşayır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2020-ci il tarixdə özü istifadə etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 05 manat müqabilində 01 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmin bükümü istifadə etmək üçün üzərində saxlamışdır. Saat 00:30-da polis əməkdaşları Abşeron rayonu, Saray qəsəbəsində olarkən onu saxlayıb, polis idarəsinə gətirmişlər. İdarədə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağıza bükülmüş 0,323 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. İşə əlavə edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/762 saylı rəyindən görünür ki, Şəxs aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd zərfin içərisində təmiz çəkisi – 0,323 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır(qalıq 0,303 qram - 0,02 qram qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, tanımadığı şəxsdən 05 manat müqabilində bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 00:30-da Abşeron rayon polis idarəsində polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,323 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, “cinayət işinin başlanması rədd edilməsi haqqında” qərarı, ekspertizanın rəyi və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş və Abşeron rayon Pİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,303 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 16:30-dan hesablansın. Abşeron rayon Pİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,303 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2439/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2439/2020
29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver