Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2444/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Nəsibov Fərid Fərman oğlunun katibliyi ilə Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi Tərlan Gülməmmədov izahat verərək bildirdi ki, Şəxs 02 oktyabr 2025-ci il tarixdə, sat 10:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Mühəndislik Universtetinin yaxınlığında DİN-nin BDYPİ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş inzibati xəta ilə bağlı özünü təqsirli bilməyərək bildirmişdir ki, o, 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Mühədislər Univertetinin yaxınlığında özünə məxsus olan BMW markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman polis əməkdaşlarının saxla əmrinə tabe olmuş və o avtoobilini saxladığı zaman yol hərəkət qaydalarını pozduğunu bildirmişlər. O, polis əməkdaşlarına bildirdikləri iradlara münasibətdə qeyd etmişdir ki, onun tərəfindən hər hansı yol pozuntusu edilməmiş, lakin sonuncular onun dedikərinə məhəl qoymayaraq avtomobili duracağa yerləşdirilməli olduqlarını bildirdikdə o, heç bir səbəb olmadan nə üçün avtomobilini aparmalı olasına dair etiraz etmişdir. Polis əməkdaşları ona hadisənin görüntüləri olan video təqdim etdikdə o, avtomobili duracağa özünün sürməsi nəticəsində aparacağını demiş, lakin əməkdaşlar onun dedikləri ilə razılaşmamış və evuakator çağırmışlar. Avtomobil daşınması üçün eviakatora yüklənən zaman nəqliyyat vasitəsi dəyən zərbəyə görə avtomobilə mindirilə bilməmişdir. Polis əməkdaşları onunla mübahisə zamanı zorla avtomobilə mindirmək istəmiş, lakin o, razılaşnayaraq post patrul xidmətinin əməkdaşlaları ilə birlikdə gedəcəyini demişdir. X8 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin əməkdaşı X6 izahatında göstərmişdir ki, o, 02 oktyabr 2025-ci il tarixdə saat 10:30 radələrində xidmət yoldaşı Elməddin Alıyev ilə Abşeron rayonu, Masazır kəndində 99-Up-737 d/q nişanlı avtomobildə xidmətdə olarkən Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi ilə Qafqaz istiqamətində hərəkət edən BMW markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü manevr qaydasını bir neçə halda kobud şəkildə pozduğuna görə saxla işarəsi verilərək tərəflərindən saxlanılmışdır. Ona etdiy qayda pozuntuları izah olunarkən sürücü həmin əməli inkar edərək, avtomobili cərimı meydançasına aparan zaman polisin qanuni tələblərinə tabr olmadığl üçün avtomobilin qapısını bağlayaraq, açarları təqdim etməkdən yayınmış, onun avtomobilini oradan heçkəsin apara bilməyəcəyinə dair etiraz etdikdə o, efir vasitəsi ilə həmin yerə kömək çağırmışdır. Bundan az müddət sonra post postrul əməkdaşları yaxınlaşaraq X3 Abşeron RPİ-nə gətirib, təhvil vermişlər. Bildirmək istəyir ki, həmin hallar vidoegörüntülərlə öz təstiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati qaydada tutma haqqında” 02 oktyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 11:30-dan məhdudlaşdırılmışdır;
2. İnzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli, MN 232022 №-li protokoldan görünür ki, Şəxs 02 oktyabr 2025-ci il tarixdə, saat 10:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Mühəndisi Univertetinin yaxınlığında DİN-nin BDYPnin əməkdaşlarının qanuni tələblərinə qədən tabe olmamışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tərəfindən aparılmış araşdırma nətiəcəsində tərtib edilmişinzibati xəta haqqında protokolda Şəxs 02 oktyabr 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Tam əksinə olaraq iş materiallarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidin ifadəsindən də müəyyən edilmişdir ki, Şəxs qarşı ümumiyyətlə polis əməkdaşları tərəfindən hər hansı tələb irəli sürülməmişdir. İnzibati xəta hadisəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ö ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 33 (otuz üç) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Vaqif Həsənov