Məhkəmə qərarları › İş №3(012)-2447/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2447/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2447/2025 04.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, İbrahimli Leyla Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Dövlət Su X3 suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 məsləhətçisi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X2 tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq ,məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 məsləhətçisi Nümayəndə tərəfindən tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Şəxsnə məxsus anbardan maye tullantı sularının ətraf əraziyə axıdılması müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 məsləhətçisi Nümayəndə izahatında göstərmişdir ki, o, bölmədə aparıcı məsləhətçi-müfəttiş vəzifəsində çalışır. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Şəxs MMC-yə məxsus anbarda formalaşan maye tullantıların çəkilmiş boru vasitəsi ilə ətraf əraziyə axıdılması ilə bağlı daxil olmuş məlumatın araşdırılması zamanı əraziyə baxış keçirilmişdir. Keçirilən baxış zamanı həmin ərazidə MMC-yə məxsus anbarda maye tullantılarının çəkilmiş boru vasitəsi ilə ərazidən uzaqlaşdırılaraq ətraf mühütə axıdılması müəyyən olunmuşdur. Qeyd edilən halla bağlı MMC-in müdirinə qanunvericiliyin tələbləri izah olunaraq araşdırmada iştirak etməkdən imtina etmişdir. Aşkar edilmiş fakt videogörüntü vasitəsilə qeydə alınmışdır. Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X8 məhkəməyə tərəflərindən təqdim olunmuş etiraza istinad edərək bildirmişdir ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən tullantı suları dedikdə istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sular nəzərdə tutulur. O həmçinin qeyd etmişdir ki, anbardan axıdılan sular yağış və kondisioner suları olmuşdur. Şanbo quyusuna münasibətdə qeyd olunmuşdur ki, sözügedən şanbo quyusu Şəxs MMC-yə məxsus deyildir, həmin şanbo quyusu Şəxs MMC ilə qonşu ərazidə yerləşən avtoprofilaktikaya məxsusdur. O, bütün bunları nəzərə alaraq məhkəmədən Şəxs MMC ilə bağlı icraata xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 xx.xx.2025-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin, “Su təchizatı və tullantlı suları haqqında” Qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fəaliyyət göstərən «Zeytun Pharmaceuticals” MMC-yə məxsus anbardan çirkab və tullantı sularının təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Anbarın nümayənədəsi Səbuhi Qasımova tullantı sularının ətraf mühitə axıdılması faktı bildirilmişdir. Qeyd olunanlara əsasən, «Zeytun Pharmaceuticals” MMC-yə məxsus anbarın fəaliyyəti zamanı Azərbaycan Respublikasının Su Məcəlləsinin 16-cı, 103-cü maddələrinin, “Su təchizatı və tullantlı suları haqqında” Qanunun və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respulikasının NK-nin xx.xx.1992-ci il tarixli 122 nömrəli Qərarından irəli gələn tələblər pozulmuşdur. Məhkəmə iclasında təqdim olunmuş DVD disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fəaliyyət göstərən «Zeytun Pharmaceuticals” MMC-yə məxsus anbardan çirkab və tullantı sularının təyinatsız axıdılması müşahidə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 262.2.3-cü maddəsinə görə sudan özbaşına istifadə edilməsinə, yəni: içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar ki, bu hallardan biri də su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasıdır. Bununla əlaqədar məhkəməs qeyd edir ki, hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti (hərəkətsizliyi) ilə ictimai münasibətləri pozması zəruri şərtdir. Hazırkı inzibati xəta haqqında məsuliyyətin yaranmasından ötrü içməli məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmalıdır. Azərbaycan Dövlət Su X3 suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 əməkdaşları tərəfindən aparılan monitorinqlər və nəzarət tədbirləri zamanı MMC-yə məxsus anbardan formalaşan tullantı sularının küçəyə (ətraf mühitə) birbaşa axıdılması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri - 2 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli akt, təqdim edilmiş foto və video görüntülərlə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında Şəxs MMC-yə məxsus anbardan kənara tullantı sularının ətraf əraziyə təyinatsız axıdılması öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi yoxlamanın aparılmasını mübahisələndirsələr də, anbardan axıdılan sular yağış və kondisioner suları olduğunu bildirsələr də, sudan istifadə və mühafizəsi sahəsində ümumi monitorinq və nəzarət nəticəsində faktın aşkarlandığını nəzərə almamışlar. Bu isə qeyd edilən hüquq normalarının məzmununa görə Şəxs MMC-nin Azərbaycan Respublikası İХM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati хətanı törətməsi barədə Azərbaycan Respublikası İХM-nin 75- 85-ci maddələrinin tələblərinə əməl edərək inzibati хəta törətmiş şəхsin ona istinad olunmuş inzibati хətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanıldığını və həmin sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərar qəbul edildiyini təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati хəta haqqında icraat aparan orqan şəхsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Şəxs MMC-nin tənbeh olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi inzibati хəta haqqında protokol tərtib etmiş orqanın gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də Şəxs MMC barəsində başlanmış inzibati icraatın xitam edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Zeytun Pharmaceuticals” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə təqsirli bilinsin və ona 2000 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar