Məhkəmə qərarları › İş №3(012)-245/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-245/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-245/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli EQ 19203525 saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli, EQ 19203525 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokollar qeyri-qanuni və əsassız yazılmışdır. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində əri X3 idarə etdiyi VAZ 11174 markalı ** LN *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsi ilə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti ilə hərəkətdə olduğu zaman qəflətən avtomobil sönmüş, əri onu işə sala bilməmiş, avtomobildə tək olduğu üçün onu kənara çəkmək üçün az kənarda olan vətəndaşları görüb, onlara avtomobili kənara çəkmək üçün yardım etmələri üçün yaxınlaşmışdır. Daha sonra, təkrar avtomobili çətinliklə işə salmış və oradan çıxıb getmişdir. 30 yanvar 2024-cü il tarixdə o, yaşadığı evdə olduğu halda cərimələnmişdir.06 fevral 2024-cü il evdə olan zaman “Asan Pay” sistemə daxil olanda məlum oldu ki, barəsində DİN-nin BDYPİ-nin Mərkəzi xx.xx.2024-cü il tarixli EQ 19203525 saylı elektron qərarla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.xx.xx-2024-cü il tarixli EQ 19203525 saylı inzibati tənbeh vermə haqqında qərarın sürətinin xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir.Həmin qərarda qeyd edilir ki, o, xx.xx.2024-cü il tarixdə Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev prospektində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna görə də 40 manat məbləğində cərimə olunmuşdur. Həmin cərimənin əsassız olduğunu bildirərək ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmaqla, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN BDYPİ YPX-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli EQ 19203525 saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqla digər nəqliyyat vasitələrinin dayanmasına görə 40 manat məbləğində cərimə ödəniləcək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 73-cü maddəsinin 8-ci bəndinə əsasən Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli EQ 19203525 saylı inzibati xəta haqqında elektron qərarından şikayəti əsassız olduğundan təmin edilməmlidir. Qərarın ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur,Dəlillərini təsdiq edən sübutlar isə iş materiallarında yoxdur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ YPXnin xx.xx.2024-cü il tarixli EQ 19203525 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsivə iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il tarixli EQ 19203525 saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin olunmasın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar