Məhkəmə qərarları › İş №3(012)-247/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-247/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-247/2024 28.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 və onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, hüquqi ünvanı AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı ev 6 olan, faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesinin 4-cü kilometri ünvanında yerləşən Şəxs MMC tərəfindən X6 xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmasına baxmayaraq, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsi bağlanılmamış və elektron informasiya sisteminə daxil edilməmişdir. Bununla da, MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, hüquqi şəxsin rəhbərinin yazılı etirazında qeyd olunanların hüquqi əsası yoxdur, əmək münasibətlərinin pozulması, yəni X1nun xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "BİOVETAQRO” MMC tərəfindən işə (xidmətə) cəlb olunmasına baxmayaraq, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsinin bağlanılmaması və elektron informasiya sisteminə daxil edilməməsi faktı aşkardır. Hüquqi şəxsin direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda X2 müraciətinin həqiqəti əks etdirməməsi, onun sözügedən MMC-də heç bir vəzifə tutmaması göstərilmişdir. Lakin tərəflərindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlıdır. Belə ki, X6 şikayət etdikdən sonra şöbəyə dəvət olunmuş və izahatı alınmış, şikayətçi onun əmək müqaviləsi olmadan işə cəlb olunması ilə bağlı bir neçə sübutları təqdim etmişdir. Bununla bağlı tərəflərindən araşdırma aparılmış, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş, İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, "BİOVETAQRO” MMC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X8 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, MMC-də direktor kimi fəaliyyət göstərir. Bu günədək çoxlu sayda işçilər işə qəbul olunmuş və işdən azad olmuşlar. Bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən rahatlıqla görmək mümkündür. MMC-də çalışan işçilərin əmək haqları və digər icbari ödənişləri vaxtlı- vaxtında tam həcmdə ödənilir. MMC-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsindən məktub daxil olmuşdur ki, X1 göndərdiyi müraciətə əsasən sözügedən vətəndaş onların müəssisəsində işləmişdir və onunla əmək müqaviləsi bağlanmamışdır. Həmin hal tərəflərindən dərhal araşdırılmış və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə xx.xx.2024-cü il tarixdə cavab verilmişdir. Bir daha bildirilir ki, X1nun müraciət həqiqəti əks etdirmir. Belə ki, müəssisələrində hər hansı bir işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlətməsinə zərurət yaranmır. X1 şikayət ərizəsində göstərmişdir ki, o, güya MMC-də menecer vəzifəsində işləmişdir. Halbu ki, bu vəzifədə işləmək üçün xüsusi proqramla işləməyi bacarmalıdır. X2 isə bir bir biliyi yoxdur. O, sadəcə qida təhlükəsizliyi alt disk proqramını (xüsusi sistem) öyrənmək üçün MMC-in əməkdaşının yanında olmuş və həmin bilikləri əldə etmək üçün üç ay müddətində ara-bir MMC-yə gəlmiş, MMC-in əməmkdaşının yanında olmuş, qeyd etdiyi proqramı öyrədilmişdir. Bu hal da həqiqətə uyğun deyil ona görə ki, MMC-in işçiləri işə gələrkən müəssisələrində davamiyyyət kitabında qeydlər aparırlar. Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmasına əsas X1 tərəfindən təqdim edilmiş mobil tətbiq üzərindən aparılan yazışmalara istinad edərək, Cəmiyyət tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi qənayətinə gəlmişdir. X6 mətinləri tərcümə edə bildiyini bildirdiyinə görə işdən kənar ona bir neçə tərcümə etmək üçün mətinlər verilmiş, lakin sonuncu həmin mətinləri tərcümə etməyi bacarmamışdır. Həmçinin həmin səs yazıları qanunsuz olaraq, yazıldığı üçün sübut əhəmiyyətə malik deyildir. Həmçinin əmin deyildir ki, həmin səs yazıları ona məxsusdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsi tərəfindən aparılan araşdırmada onlar tərəfindən nümayəndə iştirak etməmiş, aparılan araşdırmada onların iştirakı olmadığına görə tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişlər. Odur ki, sonda məhkəmədən MMC-nin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirmişdir ki, şirkətdən işdən çıxarıldığından sonra gedib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə şikayət etmişdir. Hüquqi şəxslə onun arasında müqavilə bağlanmamışdır. xx.xx.2023-cü il tarixdən də işlərin görülməsinə cəlb olunmuşdur. Həmçinin vatsap sosial şəbəkəsində qeydə alınmış yazışmalar ona və MMC-in drektoruna məxsusdur. Drektorun onu daimi işə qəbul edəcəyinə verdiyi sözün üstündə durmadığına görə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Şəxs MMC-də logistika üzrə menecer vəzifəsində işləyir. MMC-də idaxal-ixcrac işənə özü baxır. X6 MMCdə işləməmiş, onu işçi kimi tanınamışdır. O, MMC-in əməkdaşı Günel xanımın yanında proqram öyrənməyə gəlmişdir. İdxal—ixrac sənədlərini Gülel xanımdan qəbul etmiş, Kamran Hüseynovdan heç bir sənəd qəbul etməmişdir. Kamran Hüseynov MMC-yə ara-bir gəldiyini görmüşdür. Səs yazılarına münasibət bildirərək, qeyd etmişdir ki, Kamran öyrənmək üçün onunla danışıqlar aparmış, lakin MMC-in hər hansı işini görmək Kamrana tapşırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Şəxs MMC-də satış menecer vəzifəsində işləyir. Kamran Hüseynovu tanıyır. Kamran onunla bir otaqda oturan MMC-in digər əməkdaşı Günel xanımın yanında proqram öyrənmək üçün ara-bir gəldiyini görmüşdür. Kamranın MMC-də hansı işləri görməsindən məlumatı yoxdur. Kamran satış üzrə heç bir əməliyyat aparmamış və onun belə bir səlahiyyəti olmamışdır. Kamran Hüseynovun MMC-də digər otaqda oturmasını və işləməsinin şahidi olmamışdır. MMC-in əməkdaşı Günel işdə olmadığı hallarda votçap vasitəsi ilə görüləcək işlər barəsində məlumatları Günelə çatdırmağına görə Kamranla danışıqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Şəxs MMC-də baş mühasib vəzifəsində işləyir. Kamran Hüseynovu tanıyır. Kamran cəmiyyətə aid heç bir iş görməmişdir. O, MMC-də işləyən Günel xanımın yanında sistem öyrənməyə gəldiyini bilmişdir. Onun tərəfindən hasısa əməliyyat etməsinin şahidi olmamışdır. İstər satış və ya digər sənədlərin onun tərəfindən hansısa sənədlərin hazırlanması Kamran Hüseynov tərəfindən icra edilməmişdir. Əgər qeyd etdiyi əməliyyatlar Kamran Hüseynov tərəfindən icra edilsəydi, ona əmək haqqın yazılmalıdır. Halbu ki, Kamran Hüseynov rəsmi və ya qeyri rəsmi əmək haqqı almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı ev 6 olan, faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesinin 4-cü kilometri ünvanında yerləşən Şəxs MMC tərəfindən X6 xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunması faktı aşkar edilmişdir. Müraciət vərəqəsindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə zəng edərək, xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də idxal üzrə menecer vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb edilmiş, onun adına əmək müqaviləsi rəsmiləşdirilməmişdir. Şəxs MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixdə məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli 3-17-5/2-612/2024 nömrəli məktubunuza əsasən bildiririk ki,qeyd etdiyiniz X6 həmin müəssisədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə etdiyi müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq X2 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın hüquqi ünvanı AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı ev 6 olan, faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesinin 4-cü kilometri ünvanında yerləşən Şəxs MMC-də törədildiyindən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyindən protokol və materiallar baxılmaq üçün məhkəməyə göndərilməsi qeyd edilmişdir. Şəxs MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş işə davamiyyət kitabından görünür ki, Şəxs MMC-də 11 nəfər işçi vardır və həmin işçilər arasında X6 şəxs yoxdur; Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 2-3.2-ci maddəsinə əsasən bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə və 2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 2-4-cü maddəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumu 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olubolmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində təqsirli bilinməsi üçün işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslər onu bu cür işə (xidmətə) cəlb etmiş şəxs arasında olan münasibətin məhz əmək hüquq münasibəti olması zəruridir. Çünki, əmək müqaviləsi məhz əmək hüquq münasibətləri üçün tələb olunur. Buna görə də, ayrı-ayrı xidmətlərin göstərilməsi ilə bağlı yaranan mülki hüquq münasibətləri ilə əmək münasibətlərinin hazırki halda fərqləndirilməsi olduqca zəruridir. Məhkəmə isə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsi tərəfindən işin halları tam araşdırılmayaraq X1 ilə Şəxs MMC arasında olan münasibətlər əsassız olaraq əmək münasibətləri kimi qiymətləndirilmiş, başqa sözlə inzibati xəta haqqında iş üzrə icraat aparan orqan işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmamışdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, qanunsuz olaraq işə cəlb edilməsi ehtimal edilən X1 hüquqi şəxs Şəxs MMC barəsində şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də idxal meneceri vəzifəsinə işə qəbul olunmuşdur, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Lakin drektor aldadaraq onu daimi işə qəbul edəcəyinə verdiyi sözün üstündə durmamışdır. Həmçinin o, sözügedən müəssisədə çalışmağına sübut kimi səs yazılarını və votçap şəbəkə yazışmalarını təqdim etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdən X4 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatla bağlı qeyd edir ki, X6 məhəmə iclasıda gətirdiyi dəlilər onun MMC-də idxal meneceri vəzifəsində çalışmağına dəlalət etmir. Belə ki, iş üzrə izahat vermiş şahidlər X2 göstərdiyi halları təkzib edərək, Kamran Hüseynovun MMC-də çalışan Günel adlı şəxsin yanına iş öyrənmək üçün gəlib getdiyini, heç bir iş görmədiyini, hər-hansı bir əmr və tapşırıq icra etmədiyini, sadəcə kənardan onun kompyuterlə bilikləri öyrəndiyini, onun MMC-də idxal meneceri kimi fəaliyyət göstərmədiyini, MMC adından heç bir əməliyyat aparmadığını, ümumiyyətlə MMC-də aparılan əməliyyatların hazırda MMC-də çalışan idxal meneceri tərəfindən həyata keçirildiyini, əgər kimsə işlərə fiziki şəxs olaraq cəlb olunmuşsa həmin şəxslər MMC-nin deyil, MMC-nin rəsmi qaydada müqavilə bağladığı VÖEN olan fiziki şəxslərin işçiləri olduqlarını bildirmişlər. Həmçinin nəzərə alınmalıdır ki, X6 hüquqi şəxs Şəxs MMC-də idxal meneceri vəzifəsində çalışdığını qeyd etsə də, məhkəməyə təqdim olunmuş davamiyyət kitabından məlum olur ki, Şəxs MMC-nin 11 işçisi vardır və həmin müəssisədə idxal meneceri başqa şəxsdir, həmin vəzifəyə köməkçi vəzifələri təsis olunmamışdır. Kamran Hüseynov idxal meneceri işləməsi üçün xüsusi biliklərə malik olmasına heç bir sübut Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsinə, nə də məhkəməyə təqdim etməmişdir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Bundan başqa “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt, xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi əks olunmalıdır. Hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib olunsa da, həmin protokol tərtib edilərkən tam, hərtərəfli araşdırılmanın aparılması protokolda təmin edilməmiş, inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Həmçinin məhkəməyə təqdim edilmiş sübut kimi SD diksklər qanuna zidd olaraq əldə edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət yaranır. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron – Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar