Məhkəmə qərarları › İş №3(012)-248/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-248/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-248/2021 01.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon polis idarəsinin sahə rəisi, polis mayoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, mən. 25, ev 104 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 10:30 radələrində, Xırdalan şəhəi, 25-ci məhəllədə küçəsində ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşı ƏÇPA-nın 12-ci bölüyünün polis nəfəri polis serjantı X3 tərəfindən tərtib edilmiş raporta əsasən Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində Xırdalan şəhəri, 25-ci məhəllədə ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmişdir. Bununla əlaqədar araşdılırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il ratixdə, saat 10:30 radələrində Xırdalan şəhəri, 25-ci məhəllədə olan zaman, spirtli içkinin təsirindən, ünvansız küçə söyüşləri söymüşdür. Yaxınlığında dayanan polis əməkdaşları ona yaxınlaşıb, onu Abşeron RPİ-nə dəvət etmişlər. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 10:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzər alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat inzibati cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar