Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2483/2024 19.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, tələbkar - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 nümayəndəsi X8, Zərərçəkmiş şəxs2 vəkili-nümayəndəsi X4, Zərərçəkmiş şəxs5 vəkilinümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs"xxxx" MTKnın direktoru Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatda olan, "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2404/2019 saylı, xx.xx.2019-cu il tarixli, icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1493/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, 22 noyabr 2013-cii il tarixli müqavilə üzrə öhdəliklərin "xxxx" MTK tərəfindən yerinə yetirilərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 90.25 kv.m olan 65 saylı, 2 otaqlı mənzilin Zərərçəkmiş şəxs8 təhvil verilməsi, həmin mənzildən sərbəst istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh X10 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs8 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1463/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-5690/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulmasına dair hissəsində dəyişdirilmiş, cavabdeh Abşeron A1" MTK-dan və onun sədri X5 mənəvi zərərə görə 3000 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs6 ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2661/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs7 ilə cavabdeh Abşeron A1" MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3-cü giriş, 3 otaqlı, ümumi sahəsi 120 kv.m olan 56 saylı məzilə görə ödənilmiş 46000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2694/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Abşeron A1" MTK-dan 14000 manat əsas, 1000 manat dəbbə pulu və 138 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15138 manat tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-472/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2021-ci il tarixli “kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən binanın 5-ci giriş, 16-cı mərtəbəsindəki 1 otaqlı 106 saylı mənzilin iddiaçı Zərərçəkmiş şəxs5 təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3510/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-1822/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən binanın 2-ci giriş, 12-ci mərtəbəsindəki 1 otaqlı, ümumi sahəsi 71,84 kv.m-dən ibarət 95 saylı mənzilə dair maliyyə arayışının və mənzilin tikinti-kooperativi üzvlərinin ümumi yığıncağının qərarının Zərərçəkmiş şəxs9 verilməsi "xxxx" MTK-ya həvalə edilməsi, "xxxx" MTK-nın Zərərçəkmiş şəxs9 qarşı mənzilin tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-2067/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, iddia qismən təmin edilmiş, Zərərçəkmiş şəxs2 xeyrinə cavabdeh "xxxx" MTK-dan 51200 manat məbləğində pul və 20 manat dövlət rüsumu, cəmi 51220 manat məbləğində pulun tutulmasaı qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2371/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 2(012)-1834/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair ilkin iddia tələbinin təmin edilməsi, "xxxx" MTKnın Zərərçəkmiş şəxs4 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, "xxxx" MTK ilə Zərərçəkmiş şəxs4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 2- ci giriş, 5-ci mərtəbəsində olan 31 saylı mənzilin Zərərçəkmiş şəxs4 sahibliyinə verilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilmiş, Zərərçəkmiş şəxs1 ilə “Abşeron-A1" Mənzil Tikinti Kooperativi arasında 5 fevral 2020-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilənin ləğv edilməsi, "xxxx" MTK-dan 88700 manat pulun tutularaq Zərərçəkmiş şəxs1 qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pulun "xxxx" MTK-dan tutularaq Zərərçəkmiş şəxs1 verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədləri icraya yönəldilmiş,Abşeron rayon İcra Probasiya şöbəsinin icra məmuurunun xx.xx.2024-cü il tarixli Qərarı ilə icra sənədləri bir icraatda birləşdirilmişdir. "xxxx" MTK-nin direktoru Şəxs həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmuru X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərdi ki, "xxxx" MTK-nin və onun direktoru Şəxs qanuna zidd hərəkətləri nəticəsində icra vərəqələrini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu "xxxx" MTK-nin direktoru Şəxs icra vərəqələri icraya yönəldiyi vaxtdan icra vərəqələrinin tələblərini yerinə yetirməmişdir. Tələbkarlar müxtəlif orqanlara şikayət edərək icra vərəqələrini icra etməyi təkidlə tələb etsələr də, borclu borclarını və öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Borclunun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında "xxxx" MTK-nin direktoru Şəxs izahatında bildirdi ki, 2024-cü ilin iyul ayından "xxxx" MTK-nin direktoru vəzifəsində işləyir. Tələbkarların bəziləri ilə görüşmüş, həmin şəxslər qismən ödənişə razıdırlar. 2025-ci ilin martınadək tələbkarların tələbləri təmin olunmalıdır. Odur ki, yüngül inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, o, mənzil üçün "xxxx" MTK-ya 88700 manat məbləğində pul ödəmişdir. Daha sonra mənzil təhvil verilməmişdir. Sonda o, ödədiyi pulun "xxxx" MTK tərəfindən geri qaytarılmasını tələb etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 nümayəndəsi X14 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs7 mənzil üçün "xxxx" MTK-ya 46000 manat məbləğində pul ödəmişdir. Daha sonra mənzil təhvil verilməmişdir. MTK tərəfindən Zərərçəkmiş şəxs7 cəmi 6000 manat pul ödənilmişdir. Sonda o, qalan pulun "xxxx" MTK tərəfindən geri qaytarılmasını tələb etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vəkili-nümayəndəsi X11 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs2 mənzil üçün "xxxx" MTK-ya 51200 manat məbləğində pul ödəmişdir. Daha sonra mənzil təhvil verilməmişdir. 2023-cü ildə Şəxs özü Arifin pulunu qaytaracağını demişdir. MTK tərəfindən Zərərçəkmiş şəxs2 pul ödənilməmişdir. Sonda o, pulun "xxxx" MTK tərəfindən geri qaytarılmasını tələb etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 vəkili-nümayəndəsi X12 izahatında bildirdi ki, "xxxx" MTK ilə Zərərçəkmiş şəxs5 arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Lakin qeyd edilən ünvanda müqavilədə nəzərdə tutulan ölçüdə mənzil olmamışdır. xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. "xxxx" MTK-nın barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və X13 heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. X3 vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə "xxxx" MTK Mənzil Tikinti Kooperativinin direktoru Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması tərəflərin izahatları və iş materialları ilə sübuta yetirilmişdir.Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın direktoru Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədlərinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MTK-nın direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə: fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, "xxxx" MTK-nın direktoru Şəxs tərəfindən icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalı və ona inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTKnın direktoru Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, ona 1200 (min iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2483/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2483/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver