Məhkəmə qərarları › İş №3(012)-2484/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2484/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2484/2024 19.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar - Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Saray Ə/D, Saray qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladı - xx.xx.2020-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra Şöbəsinin icra məmuru X5 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 tələbkar ilə ünsiyyətdə olmasına şərait yaratmamışdır. Bununla əlaqədar bir necə dəfə akt tərtib olunmuş və X4 barəsində inzibati xəta haqqında protokol tərtib olunsa da, sonuncu öz qərəzli hərəkətlərinə davam etmişdir.Tələbkar borclu ilə aralarında heç bir razılaşma olmadığından borcun ödənilməsini tələb etmişdir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq övladı xx.xx.2020-ci il təvəllüdlü X4 atası ilə görüşməkdən imtina edir. Belə ki, tələbkar uşağın yanında ona qarşı şiddət göstərdiyi üçün uşaq bu hərəkətlərdən qorxmuş və atası ilə ünsiyyət qurmaq istəməmişdir. O, uşağının atası ilə görüşməsinə etiraz etməsə də, lakin uşaq atasını görmək istəmir. Dəfələrlə övladının tələbkar ilə görüşməsinə şərait yaratsa da, uşaq atasını görəndə qışqırmış və ağlamışdır. O, yalnız uşaq xəstə olduğu vaxtlar uşağı görüşə gətirməmişdir. Lakin, Zərərçəkmiş şəxs uşağın xəstə məhəl qoymayaraq onun uşağı görüşə gətirməsini tələb etmişdir. Zərərçəkmiş şəxs onunla qərəzli münasibət apardığı üçün uşaq onların arasında yaranmış mübahisələrə görə travma almışdır. Zərərçəkmiş şəxs sonuncu dəfə uşaqla görüşən zaman uşağı ağlayaraq və sürükləyərək özü ilə aparmış, bu hal isə bir ana olaraq ona çox pis təsir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X10 bildirdi ki, Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra vərəqəsini icra etməkdən boyun qaçırmır, sadəcə olaraq uşaq atası ilə ünsiyyət qurmaqdan imtina etmişdir. Belə ki, tələbkar Zərərçəkmiş şəxs hüquqlarını müdafiə etdiyi şəxslə və öz övladı ilə davranış qaydalarına riayət etməmiş, uşağın yanında borcluya şiddət göstərmiş, qərəzli mübahisələr yartmışdır. Tələbkar bütün bu hərəkətləri ilə xx.xx.2020-ci il təvəllüdlü X2 psixioloji travma yaratmışdır. Şəxs dəfələrlər uşağın atası ilə görüşməsinə şərait yaratsa da, uşaq ağlayaraq atasını istəməmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs uşağı məcburi qaydada özü ilə aparmışdır. Bundan başqa uşaq uzun müddət xəstə olsa da, tələbkar buna məhəl qoymayaraq borcludan uşağı gətirməsini tələb etmişdir. Bütün bunlar göstərir ki, tələbkarı övladı maraqlandırmır. Qeyd ediklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra vərəqəsi borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Belə ki, Şəxs övladını uzun müddət ondan ayrı saxladığı üçün uşaq hər dəfə onu görəndə tanımır. O, övladını şikayət əsasında görə bilir. Belə ki, Şəxs hər dəfə onun övladını görməsinə maneə yaratdığı üçün, o şikayət etmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra sonuncu onun övladı ilə görüşməsinə şərait yaratmışdır. Bu hal iki dəfə təkrarlansa da, sonradan Şəxs yenidən onun övladı ilə görüşməsinə icazə verməmişdir. O, bir neçə dəfə psixoloq təyin edilməsini tələb etmişdir. Psixoloq iki dəfə uşağın onun yanında qalmasında heç bir problem olmaması qənaətinə gəlsə də, lakin Şəxs uşağı uzun müddət ondan uzaq tutduğu üçün övladı onu unutmuşdur. Beləliklə də, sonuncu dəfə İcra Hakimiyyətində onun iştirakı olmadan uşağın onunla ünsiyyətdə olmaq istəməməsi barədə rəy verilmişdir. Halbuki, övladının onunyanında olan zaman xoş zaman keçirməsi, onunla ünsiyyətdə olanda anasını istəməməsi barədə onda videokadrlar var. O, övladını sonuncu dəfə bu ilin fevral ayının sonlarında görmüşdür. O, sadəcə olaraq övladı ilə ünsiyyət qurmaq istəyir. Bu səbəbdən Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin tələbkar uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağm atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin bazar günü saat 11:00-15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qərara alınmışdır. Şəxs icra sənədinin icrasıyla bağlı uşaqla birlikdə xx.xx.2024-cü il tarixinə şöbəyə dəvət edilmişdir. Borclu və tələbkar hər ikisi şöbəyə gəlmişdir. Lakin borclu uşağı gətirməmişdir, buna əsas olaraq uşağın atasıyla görüşmək istəmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3926/2021 saylı icra sənədini qərəzli olaraq icra etməmişdir. Bu əsasda məhkəmə hesab edir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,114,128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar