Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2484/2025 08.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron RPİ DYPŞ-nin inspektoru polis serjantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxx 2000-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Laçın rayonu, Picənis Ə\D qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Əvəz Şəfiyev küçəsi, yataqxana 01, mənzil 85 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 oktyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ DYPnin polis serjantı X2 bildirmişdir ki, Şəxs idarə etdiyi KHAZAR LX minik markalı, ** YN *** dövlət qeydiyyat nömrə nişanlı, nəqliyyat vasitəsinin üzərində ciddi konstruksiya dəyişikliyi etməklə, həmin nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmiş, manevr qaydalarını ciddi şəkildə pozmaqla özü və yol hərəkətinin digər iştirakçılar üçün təhlükəli vəziyyət yaratmışdır. O, bu hərəkətlləri ilə kifayətlənməyərək bu hərəkətləri təbliq etmək məqsədi ilə müxtəlif platformalarda paylaşımlar etmişdir. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli protokolda qeyd edilən inzibati xətalara yol vermişdir. Əslində onun avtoxuliqanlıq etmək özü və başqa şəxslər üçün təhlükə yaratmaq kimi niyyəti olmamışdır. Ona maraqlı gəldiyi üçün belə hərəkət etmiş nəticədə peşman olmuşdur. Nəzərə alınmasını və yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 08 oktyabr 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs idarə etdiyi KHAZAR LX minik markalı, ** YN *** dövlət qeydiyyat nömrə nişanlı, nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;
2. Hadisənin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə idarə etdiyi KHAZAR LX minik markalı, ** YN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən protokolda qeyd edilən hərəkətlərə yol vermişdir.
Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs barəsində törətdiyi inzibati xətanın tərkib əlamətlərinə uyğun protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Belə ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edən şəxs kimi göstərilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim olunmuş CD diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, həmin videogörüntülərdə Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə dəfələrlə manevr qaydalarını pozmuş, özü və ətrafda olan şəxslər, nəqliyyat vasitələti üçün təhlükəli vəziyyət yaratmış, saxla tələbinə məhəl qoymadan hərəkətlərini davam etdirmişdir. Bundan başqa məhkəməyə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmış və həmin xətanın sonuncu tərəfindən törədilməsini təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində tərtib olunmuş protokolu nəzərdən keçirərək belə qənaətə gəlir ki, onun əməlində İXM-nin 511.1.3-cü maddəsinin tərkib əlamətləri olduğundan həmin maddədə nəzərdə tutulmuş həddə barəsində tənbeh tətbiq edilməlidir. Bundan başqa Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.3-ci maddələrində nəzərdə tutulmuş əməlin araşdırılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material X4 Şöbəsinə göndərilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməli, digər maddələr üzrə əmələ qiymət verilməsi üçün inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 114, 128-130- ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 (iyrimi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.3-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov