Məhkəmə qərarları › İş №3(012)-249/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-249/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-249/2022 03.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya X24 nazirliyi 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 və MN № ******* nömrəli 23.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edən şəxs məsləhətçi-müfəttiş X10 iştirakları ilə, "xxxx" MMC-nin nümayəndəsi X12 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyi nin 4 saylı X19 Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253-1.2.1-ci və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyinin 4 saylı X19 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol 08.02.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən park ərazisindən 26 ədəd zeytun ağacının və 4 ədəd dekorativ kolun kökündən çıxarılaraq yaşayış massivinin ərazisində yerləşən 22-ci məhəllədə ünvanındakı yaşayış binalarının qarşısına əkildiyi müəyyən edilmişdir. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyinin 4 saylı X19 Təbii Sərvətlər İdarəsi tərəfindən 23.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında MN № ******* nömrəli 23.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edən şəxs məsləhətçi-müfəttiş X16 bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Çiçək qəsəbəsi, bağ 17/626 ünvanında yaşayan X1 "Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində ağacların qanunsuz kəsilməsi” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Ekologiya X24 Nazirliyinə ünvanlanmış 14.12.2021-ci il tarixli B-4106 saylı, 15.12.2021-ci il tarixli KOL- 4123/PA saylı, 16.12.2021-ci il tarixli B-4135/PA saylı şikayət ərizələrində və “AAAF Park” yaşayış massivi, bina 11, mənzil 11 ünvanında yaşayan Salidə Zeynalovanın Nazirliyin “Qaynar xətt” xidmətinə daxil olmuş İD-12550 saylı eyni məzmunlu müraciətində göstərilənlər tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırmada iştiraklarını təmin etmək məqsədilə şikayətçilər Şükufə Babayeva (050 642-45-45) və Salidə Zeynalova (055 269-41-17) ilə telefon əlaqəsi saxlanılmış, Şükufə xanım xəstə olmasını, Salidə xanım isə işdə olmasını əsas gətirərək araşdırmada iştirak edə bilməyəcəklərini, araşdırmanın onların iştirakı olmadan aparılmasıa etiraz etmədiklərini bildirmişlər. Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən park ərazisindən 26 ədəd zeytun ağacının və 4 ədəd dekorativ kolun kökündən çıxarılaraq yaşayış massivinin ərazisində yerləşən 22-ci məhəllə ünvanındakı yaşayış binalarının qarşısına əkildiyi müəyyən edilmişdir. Ağac və kol bitkilərinin çıxarıldığı əraziyə baxış keçirilərkən eni 4 m, uzunluğu 15 m olan yüngül konstruksiyadan söhbətgahın qurulduğu müəyyənləşdirilmişdir. Baxış zamanı ağac və kol bitkilərinin məhv edilməsi hallarına rast gəlinməmişdir. Araşdırma müddətində "xxxx" MMC-nin rəhbərliyi arayış təqdim edərək ağacların onlar tərəfindən köçürüldüyünü bildirmişlər. Faktla bağlı "AAAF-İnşaat” MMC barəsində 23.12.2021-ci il tarixli, 73458 saylı akt tərtib olunmuş və ağacların qanunsuz köçürülməsi ilə bağlı hüquqi şəxs qismində MN1201169 nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya X24 nazirliyi 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X17 MN № ******* nömrəli 23.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edən şəxs məsləhətçi-müfəttiş X10 izahatında göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X18 bildirdi ki, 3(012)-249/2022 nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyi 4 saylı X19 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola etiraz etdiyini, Həmin “İnzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1.2.1 və 253.1.2.2-ci maddələrinə istinad edildiyini, həmin protokolun “AAAF-İNŞAAT"’ MMC-yə qarşı qərəzli münasibətini əks etdirməklə yanaşı, tamamilə qanunsuz və əsassız olduğunu, 4 saylı X19 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokolunda guya Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MMC tərəfindən yaşayış massivinin ərazisindəki park ərazisində müvafiq icra hakimiyyətinin rəyi olmadan 30 ədəd ağacı və kol bitkisinin qanunsuz köçürüldüyünü, protokol tərtib edilən zaman 23.12.2021-ci il tarixli, 73438 nömrəli akta, "xxxx" MMC-nin arayışına və fotoşəkillərə istinad edilməklə təsdiq edildiyini, 4 saylı X19 Təbii Sərvətlər İdarəsi tərəfindən 23 dekabr 2021-ci il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokol və 73458 nömrəli Akt tərtib edilən zaman "xxxx" MMC-nin arayışına istinad edilməsinin qeyd edildiyi, "AAAF- İNŞAAT” MMC tərəfindən verilmiş 12.10.2021 -ci il tarixli HŞ/819 nömrəli, məlumat xarakterli məktubda “AAAF Park” yaşayış massivinin 11 saylı küçəsində yaşayış binalarının yaxınlığında yerləşən kotec tipli tikililərin qarşısında təxminən 30 ədəd 3-4 metr hündürlüyündə olan ağacların yerinin dəyişdirildiyi və 22 saylı küçədə 1, 2, 3, 4, 5-9, 14-15 nömrəli yaşayış binasının qarşısına köçürüldüyü bildirilmişdir. "AAAF-İNŞAAT” MMC tərəfindən dəqiqləşdirmə apararaq 16.12.2021-ci il tarixli HŞ/852 nömrəli məktubla sözügedən ağacların vətəndaş X6 mülkiyyətində olan torpaq sahələrindən köçürülməsi barədə məlumat verilmişdir. MMC tərəfindən verilmiş, sadalanan məktublar məlumatlandırma xarakterlidir və faktın mövcudluğunu təsdiq etmək məqsədi daşıyır. Lakin "xxxx" MMC 12.10.2021-ci il tarixli HŞ/819 nömrəli və 16.12.2021-ci il tarixli HŞ/852 nömrəli məktublarında ağacların köçürülməsinin MMC tərəfindən həyata keçirilməsini qeyd etməmişdir. “MMC tərəfindən ağacların köçürülməsi” 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin təhrif olunmuş “sübutu”dur. Ümumiyyətlə, "xxxx" MMC-nin əməlində inzibati xəta mövcud deyildir. Çünki maddi hüquq normasına görə, ancaq qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF Park’" yaşayış massivində "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binalarının inşa edilməsi həmin massivdə vətəndaşların xüsusi mülkiyyətin olmasından asılı olmayaraq baş verən istənilən hərəkətə görə məsuliyyət daşıması və ya cavabdeh olması anlamına gəlmir. Əvvəla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF Park” yaşayış massivinin 11 saylı küçəsində yaşayış binalarının yaxınlığında yerləşən kotec tipli tikililərin qarşısında təxminən 30 ədəd ağacların yeri dəyişdirilməsi və 22 saylı küçədə 1, 2, 3, 4, 5-9, 14-15 nömrəli yaşayış binasının qarşısına köçürülməsi "xxxx" MMC tərəfindən həyata keçirilməmişdir. Bu faktı 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X16 və baş mütəxəssis X13 tərəfindən aparılmış araşdırma, alınmış izahatlarla da sübuta yetririlmişdir. Bununla bağlı telefon danışıqları da mövcuddur. Sözügedən inzibati xətanın baş verdiyi torpaq sahəsi "AAAF-İNŞAAT” MMC deyil, xüsusi mülkiyyətdə olan vətəndaşlara məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********27 reyestr nömrəli Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0550 ha torpaq sahəsi vətəndaş Nəbiyeva'Nigar Sahib qızının xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********28 reyestr nömrəli Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.05 ha torpaq sahəsi vətəndaş X7 xüsusi mülkiyyətindədir. Halbuki qeyd xüsusatlar 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X16 və baş mütəxəssis X13 tərəfindən müəyyən edildiyi halda belə qanunsuz və əsassız olaraq “MMC” barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etmək istərdim ki, 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X16 tərəfindən araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının izahatları alınmış və həmin izahatlarla da inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməməsi bir daha sübuta yetirilmişdir. Buna baxmayaraq protokolda alınmış izahatlar və digər faktlar qeyd edilməmişdir. Məqsəd isə İdarənin MMC-nin barəsində müvafiq protokolu tərtib etməsidir. X15 Məcəlləsinin 100.1.6-ci maddəsinin tələbinə görə inzibati xəta olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; həmçinin 100.1.10-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Lakin göstərilməməklə sadalanan maddi hüquq normalarını kobud şəkildə pozmuşdur! Hazırki mübahisə üzrə MMC tərəfindən dəfələrlə Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyinin X14 X4 sədri M.Qənbərova, 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin rəisi F.Piriyevə. X5 Xidmətinin rəisi B.Məhərrəmova müraciətlər edilmişdir. Həmin müraciətlərin bəzisinə cavabda mübahisələndirilən protokola istinad edilmişdir. Sonra məcburiyyətdən Azərbaycan Respublikasının Predizenti, cənab İlham Əliyevə ünvanlanmışdır. AR inzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinin tələbinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalı və protokolda göstərilməlidir. 4 saylı X19 Təbii Sərvətlər İdarəsi "xxxx" MMC barəsində inzibati xəta haqqında işi zamanı MMC-nin direktor və ya digər əməkdaşlarının izahatlarını almamışdır. Həmin iş zamanı İdarənin məsləhətçi müfəttişi E.Ş.Həsənov MMC-nin hüquqşünası X18 ilə görüşməsinə baxmayaraq, heç bir kəsin izahatı alınmamışdır. Məlumat üçün bildiririk ki, “AAAF-İNŞAAT'’ MMC ilə “M-Kommunal Service" MMC arasında bağlanmış Müqaviləyə əsasən, Abşeron rayonu. Xırdalan şəhəri, “AAAF Park" yaşayış massivində inşa edilmiş və istismar olunan çoxmənzilli yaşayış binalarına və parka nəzarətə dair hüquq və öhdəliklər "xxxx" MMC-nə ötürülmüşdür. Hazırda. Massivdə kommunal xidmətləri və parka xidmət “M-Kommunal Service" MMC tərəfindən həyata keçirilir. Bundan başqa, 23 dekabr 2021-ci il tarixli ******* nömrəli İnzibati xəta haqqında Protokol "xxxx" MMC-nin iştirakı olmadan tərtib edilmişdir. Protokol təqdim edilmədiyi halda, "xxxx" MMC-nin qanuni nümayəndəsi Xıdır ov Zaur Cəbrayıl oğlunun imza etməkdən imtina etməsi qeydi göstərilmişdir. Bu da həmin protokolun saxtalaşdırılması deməkdir. Eyni zamanda, AR İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinində tələbi pozulmuşdur {protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır). Abşeron rayon məhkəməsinin 3(012)-88/2022 nömrəli, 13.01.2022-ci il tarixli qərardadına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs AAAF- İNŞAAT MMC-i Azərbaycan Respublikasının İXM-nin 253-1.2.1 -ci. 253-1.2.2-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyi 4 saylı X19 Təbii Sərvətlər İdarəsinə qaytarılmışdır. Həmin İdarə isə natamamlığı qeyri-müəyyən qaydada qismən düzəliş etməklə kifayətlənərək, saxtalaşdıraraq təkrar məhkəməyə müraciət etmişdir. (100.4.) Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokolun tərtibi zamanı sadalanan çatışmamazlıqlar, qanunvericiliyin tələblərinə cavab verməyən “İnzibatı xəta haqqında” Protokol tamamilə qanunsuzdur. Sonda o, yuxarıda qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsini rəhbər tutaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 23.12.2021-ci il tarixli 73458 saylı aktdan görünür ki, AR Ekologiya X24 Nazirliyi 4 saylı X19 Təbii Sərvətlər İdarəsinin 22.12.2021-ci il tarixli, 87 saylı sərəncamına əsasən sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə və Çiçək qəsəbəsi, bağ 7/626 ünvanında yaşayan X2 Abşeron rayonu,Xırdalan şəhəri, AAAF PARK yaşayış massivində ağacların qanunsuz kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından Ekologiya X24 Nazirliyinə ünvanlanmış 14.12.2021-ci il tarixli, 8-4106 saylı şikayət ərizəsində və AAAF Park yaşayış massivi, bina 11, m 11 ünvanında yaşayan Salidə Zeynalovanın Nazirliyin “Qaynar Xətt” Xidmətinə daxil olmuş İD-12550 saylı eyni məzmunlu müraciətində göstərilənlər araşdırılmış, araşdırmada iştiraklarını təmin etmək məqsədilə şikayətçilər Şükufə Babayeva (050 642-45-45) və Salidə Zeynalova (055 269-41-17) ilə telefon əlaqəsi saxlanılmış, X3 xəstə olmasını, Salidə Zeynalova isə işdə olmasını əsas gətirərək araşdırmada iştirak edə bilməyəcəklərini, araşdırmanın onların iştirakı olmadan aparılmasıa etiraz etmədiklərini bildirmişlər. Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən park ərazisindən 26 ədəd zeytun ağacının və 4 ədəd dekorativ kolun kökündən çıxarılaraq yaşayış massivinin ərazisində yerləşən 22-ci məhəllə ünvanındakı yaşayış binalarının qarşısına əkildiyi müəyyən edilmişdir. Ağac və kol bitkilərinin çıxarıldığı əraziyə baxış keçirilərkən eni 4 m, uzunluğu 15 m olan yüngül konstruksiyadan söhbətgahın qurulduğu müəyyənləşdirilmişdir. Araşdırma müddətind\ AAAF-İNŞAAT MMC-nin rəhbərliyi rayış təqdim edərək ağac və kol itkilərinin onlar tərəfindən köçürüldüyünü, ərazidə ağacları məhv etmədiklərini əkilmiş ağaclara aqrotexniki qulluq göstərdiklərini bildirmişlər. Sözgedən əraziyə keçirilən baxış zamanı ağac və kolların çıxarıldığı ərazinin bir hissəsində eni 4 metr uzunluğu 15 metr olan yüngül konstruksiyadan söhbətgahın tikildiyi və ərazidə ağac və kol bitkilərinin məhv edilməsi hallarına rast gəlinməmişdir. “AAAF-PARK” yaşayış massivinin ərazisində 22-ci küçədəki binaların qarşısına köçürülmüş, ağac və kolların ətrafının düzəldiyi su ilə təmin edildiyi müəyyən edilmişdir. Bununla da, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası “Yaşıllığı Mühafizəsi haqqında “ Qanunun 10-cu maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan 01.05.2021-ci il tarixli hüquq və öhdəliklərin ötürülməsinə dair müqavilədən görünür ki, bu müqaviləyə əsasən bir tərəfdən 1-ci tərəf 2-ci tərəfə Abşeron ray, Xırdalan şəh, H.Əliyev p, 167 ünvanında inşa olunmuş AAAF-İNŞAAT MMCyə məxsus “AAAF-PARK” yaşayış kompleksində yerləşən mənzil və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə və ya digər şəxslərə aşağıda qeyd olunacaq xidmətlərin:lift xidməti, su-nasosxana xidməti, məişət tullantılarının və yığılmış, toplanmış tullantıların kənara daşınması(tikinti-təmir tullantılarının təmizlənməi və kənara daşınması istisnadır):Binadaxili blokların və binaya məxsus həyətyanı sahənin və üumi istifadədə olan meydançaların təmizlənməsi:binadaxili blokların və binanın ümumi istifadədə olan hissələrinin (həyətin və meydançaların) işıqlandırılması;Blokların qapısının, pəncərələrinin təmizlənməsi və cari təmiri:yağış sularının axıdılması üzrə boruların və navalçaların təmizlənməsi və təmiri;bina həyətinin və ümumistifadədə olan meydançaların su və suvarma sistemlərinin cari təmir;bina həyətinin və ümumistifadədə olan meydançaların asfalt,tamet və digər örtüklərinn cari təmiri; ümumistifadədə olan su hovuzlarının təmizlənməsi və cari təmiri;ümumistifadədə olan ərazilərin dezinfeksiya edilməsi;kanalizasiya sistemlərinin yoxlanması və təmizlənməsi:çoxmənzilli yaşayış binalarda ümumi istifadə üçün nəzərdə tutulmuş tüstü-ventilyasiya xidmətlərin göstərilməsi öhdəliyini götürür. İkinci tərəf isə göstərilən xidmətlərin qarşılığında hər bir mülkiyyətçi və ya digər şəxslərə ayrı-ayrılıqda və ya ümumilikdə bağlanmış müqaviləyə əsasən xidmətləri göstərib, xidmət haqqı alacaqdır. İş materiallarında olan 12.10.2021-ci il tarixli, HŞ/819 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 167 “AAAF Park” yaşayış massivinin 11 saylı küçəsində yaşayış binalarının yaxınlığında yerləşən kottec tipli tikililərin qarşısında əkilmiş hündür şam ağaclarının kölgəsində qalaraq məhv olmaması və digər ərazidə yaşıllıq zolağının salınması məqsədilə təxminən 30 ədəd (10 ədəd söhbətgahın altında düşən ərazi daxil olmaq) 3-4 metr hündürlüyündə olan ağacların yeri dəyişdirilmiş və 22 saylı küçənin 1,2,3,4,5-9,14-15 nömrəli yaşayış binasının qarşısında köçürülmüşdür. Beləliklə məhkəmə zamanı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən park ərazisindən 26 ədəd zeytun ağacının və 4 ədəd dekorativ kolun kökündən çıxarılaraq yaşayış massivinin ərazisində yerləşən 22-ci məhəllə ünvanındakı yaşayış binalarının qarşısına əkildiyi, ağac və kol bitkilərinin çıxarıldığı əraziyə baxış keçirilərkən eni 4 m, uzunluğu 15 m olan yüngül konstruksiyadan söhbətgahın qurulduğu, baxış zamanı ağac və kol bitkilərinin məhv edilməsi hallarına rast gəlinmədiyi, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi arayış təqdim edərək ağacların onlar tərəfindən köçürüldüyünün bildirildiyi, faktla bağlı "AAAF-İnşaat” MMC barəsində 23.12.2021-ci il tarixli, 73458 saylı akt tərtib olunmuş və ağacların qanunsuz köçürülməsi ilə bağlı hüquqi şəxs qismində MN1201169 nömrəli protokolun tərtib edildiyi müəyyən edilmişdir. "xxxx" MMC–nin Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi Azərbaycan Respublikası Ekologiya X24 Nazirliyinin 04 saylı X19 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol, fotoşəkillər, akt və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci və 253-1.2.2ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18-ci maddəsinin tələblərinə əsasən "xxxx" MMC hüquqi şəxsdir. Buna görə də o hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC -nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253- 1.2.2-ci maddələri ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar