Məhkəmə qərarları › İş №3(012)-249/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-249/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-249/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Əkbərov X1 rayon Məhkəməsinin 2(033)-144/2014-saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə olan aliment öhdəliyini icra etməmiş və nəticədə 4000 manat aliment borcu yaranmışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli protokolu müdafiə edərək bildirmişdir ki, Zaqatala rayon məhkəməsinin 2(033)-144/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2014-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment ünvan 4 ünvanında yaşayan Şəxs alınaraq ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 4000 manat təşkil edir. Borclu Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmış, məhkəmə aktının icrasını təmin etməmiş, icra məmurunun qabuni tələblərini yerinə yetirməmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Həmin qətnamə Zaqatala rayon İcra Şöbəsində icraatda olarkən o, aliment ödənişlərni etmiş, lakin həmin icra vərəqəsinin adiyyatı üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsindən məlumatı olmamışdır. Ona bu barədə məlumat verilməmişdir. İlk dəfə bu gün polis əməkdaşları onunla əlaqə saxlayıb Abşeron rayon İcra və Probasiya Şöbəsinə dəvət etmişdirlər. O, həmin şöbədə aliment öhdəliyi ilə əlaqədar barəsində axtarış verildiyini öyrənmişdir. Borcunu tam ödəyə bilməsə də, 500-700 manat ödəməyə imkanını olduğunu bildirmiş, buna baxmayaraq barəsində protokol tərtib olunaraq ondan borcun tam şəkildə ödənilməsi tələb olunmuşdur. Hazırda məhkəmə gedişatı dövründə 700 manat ödəmişdir. Qalıq borcu hər ay hissə-hissə olmaqla 5-6 ay müddətində tam formada ödəyəcəyinə söz verir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zaqatala rayon məhkəməsinin 2(033)-144/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2002-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2014-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment ünvan 6 ünvanında yaşayan Şəxs alınaraq ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli akta əsasən Zaqatala rayon məhkəməsinin 2(033)-144/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs faktiki yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanına gedilmiş, lakin həmin ünvan Abşeron rayon Polis İdarəsinin inzibati binası olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərarına əsasən Zaqatala rayon məhkəməsinin 2(033)- 144/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixdə təqdim olunmuş telefonoqrama əsasən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tələbkar Zərərçəkmiş şəxs məxsus 070 536 17 13 mobil nömrə ilə əlaqə saxlamış, inzibati xəta haqqında protokolun tərtib edildiyi barədə məlumat verərək, məhkəməyə veriləcəyini bildirilmiş, həmin işə baxılmasında iştirak edilməsini təklif etmiş, lakin sonuncu Zaqatala şəhərində yaşaması ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini və həmin işə onun iştirakı olmadan baxılaraq yaranmış 4000 manat aliment borcunun borclu tərəflindən ödənilməyəcəyi təqdirdə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş və icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Zaqatala rayon məhkəməsinin 2(033)-144/2014 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə öhdəliyin qərəzli olaraq qəsdən yerinə yetirilməməsi və üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Zaqatala rayon Məhkəməsinin 2(033)-144/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədi üzrə yaranmış 4000 manat aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınma və qətnamənin icrasını qəsdən təmin etməmə hərəkətlərinin olması sübuta yetirilməmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb edilməli olan maddənin dispozisiyası təqsirin formasına görə yalnız qəsdən törədilə bilən inzibati xətadır. İş materiallarında Şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsini təsdiq edən hallar öz əksini tapmamışdır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sonuncu aliment borcu ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsində aparılan icra işi haqqında məlumatlı olmamış, o icra işindən məlumatlı olduğu andan 700 manat ödəməklə və qalan borc məbləğini qısa müddətdə ödəyəcəyini bildirməklə icra sənədinin icrasından hazırkı vaxta qədər qəsdən yayınmadığını sübut etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, Şəxs icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53,55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar