Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-250/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023 -cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-1914/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə X1 şikayət ərizəsi təmin edilməmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 3(012)-1914/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından X3 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-18/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə X1 apellyasiya şikayəti qismən təmin edilmiş, şikayətin təmin olunmamasına dair Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 3(012)-1914/2023 saylı qərarı ləğv edilmiş, işə başqa hakim tərəfindən, yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən “Şuşa Qalası” restoranında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı tərəfindən onun adına İnzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar tərtib olunmuş və qanunsuz halda 1500 AZN (bir min beş yüz) məbləğində cərimələnmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli protokol baxılaraq müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən “Şuşa Qalası” restoranında menyu düzgün tərtib edilməmiş, xx.xx.2023-cü il tarixdə menyuda “pendir assorti” məhsulunun qiyməti 4 manat olduğu halda, vətəndaşdan 5 manat alınmışdır. Nəticədə o, qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 445.1 və 447.0.1 maddəsini törətdiyi göstərilmiş və o, haqsız yerə yuxarıda qeyd olunan pozuntuya görə 1500 (bir min beş yüz) AZN məbləğində cərimələnmişdir. Bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən özbaşına formada, ondan heç bir məlumat soruşulmadan, məlumatlar dəqiqləşdirilmədən yazılmış 1500 AZN cərimə əslində əsassızdır. Çünki şikayət ərizəsinə əlavə olunmuş və restoran menyusunda istifadə edilən qiymətlərdən də açıq aşkar sübut olunur ki, bu cərimə qərəzli formada yazılmışdır. Dövlət məmuru sahibkarı cərimələmək üçün müxtəlif nöqsanları axtarmamalı və öz fəaəliyyətini şəffaf aparmalı olduğu halda əsassız formada cərimənin yazılması ciddi pozuntudur və sahibkarın qanunsuz olaraq incidilməsi, fəaliyyətinə maneədir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə gedərək bu cərimənin qanunsuz olduğunu heç bir pozuntuya yol verilmədiyi halda yalnış məlumatlanma əsasında yazıldığını bildirmişdir. Ona qarşı yazılmış bu cəriməni qərəzli hesab edir. Çünki, bu qərəz formasında yəni menyuda göstəriləndən artıq heç bir məbləğ alınmamış, əlavə olunmuş sənədlərdən də aydın görünür ki, qiymət dəyişməzdir. Lakin bu məsələ qərəzli olduğundan birbaşa olaraq heç bir əsaslı sübut olmadan ən yüksək məbləğdə cərimə qanunsuz olaraq yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları ona sadəcə məhkəməyə şikayət vermək hüququnun olduğu və məhkəməyə müraciət etməyi tövsiyyə olaraq bildirilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək bildirdi ki, araşdırma aparılarkən "Şuşa Qalası” restoranında malın hesabına dair istehlakçının az miqdarda aldadılması faktı öz təsdiqini tapmışdır. Bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qərar qəbul edilərək X3 barəsində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün isə heç bir əsas yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş şəxs X5 ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən “Şuşa Qalası” restoranında baş inzibatçı vəzifəsində çalışır. əvvəlki məhkəmə iclaslarında da bildirildiyi kimi bazar iqtisadiyyatı şəraitidir, menyuda göstərilən qiymətlə hesab çekində göstərilən pendirin qiymətində fərq olmuşdur, menyunu tez-tez tərtib etmək olmur.Göründüyü kimi qiymət cüzidir, restoranın bunda heç bir marağı olmamışdır. Menyunun tərtibatı vaxt aparır. Hazırda menyu düzəldilmişdir, hər şey dəqiqliklə qeyd olunmuşdur. Pendirin qiymətində olan bir manat fərqə görə yazılan cərimə məbləği həqiqətə uyğun deyildir. İş materiallarında olan menyular “Şuşa Qalası” restoranına aiddir. İş üzrə tərəflərin izahatını şahidin ifadəsini və işin materiallarını araşdırıb, Apellyasiya Məhkəməsinin qərarında qeyd edilən halları araşdırıb hesab edirəm ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən ictimai iaşə obyektində (Şuşa Qalası restoranı) işlər üçün qiymət cədvəllərinin (menyuların) düzgün tərtib etməyərək, malın (xidmətin) hesabına dair istehlakçı az miqdarda aldadılmışdır. Nəticədə vəzifəli şəxs X3 Azərbaycan Respublikası İXM-nin 445.1 və 447.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, 02 ədəd "Seperavi ,75 ml” 52 manat, 2 ədəd "çəpiş şirəli” 20 manat, 02 ədəd "dana basdırma” 16 manat, 04 ədəd "tərəvəz kababı” 16 manat, 2 ədəd "tikə kababı” 12 manat, 02 ədəd "lülə kababı” 12 manat, 2 ədəd "kartof quyruqla” 10 manat, 02 ədəd "içalat kababı” 10 manat, 02 ədəd "toyuq kababı” 10 manat, 03 ədəd "limonad” 09 manat, 02 ədəd "badamlı” 05 manat, 05 ədəd depozit 05 manat, 01 ədəd "pendir assorti” 05 manat, 04 ədəd "xiyar-pomidor” 04 manat, 01 ədəd "turşu assorti” 04 manat, 01 ədəd "acika” 03 manat, 2 ədəd "çörək” 02 manat, 01 ədəd limon 01 manat olmaqla tam məbləğ 196 manat, artırma 10% qeyd edilməklə yekun ödəniş 215.60 manat göstərilmişdir. “Şuşa Qalası” restoranına məxsus menyudan görünür ki, 1 ədəd “pendir assorti”nin qiyməti 4 manat göstərilmişdir. (i.v.36) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Həmçinin, həmin Məcəllənin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına məsuliyyət nəzərdə tutulur. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023 -cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Qərarın ləğvi üçün şikayətçinin dəlillərini təsdiq edən sübutlar mövcud deyildir.İstər qiymət intizamının pozulması, yəni onların düzgün tərtib edilməməsi və mal satan və ya əhaliyə xidmət göstərən şəxs tərəfindən istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması öz təsdiqini tapdığından qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023 -cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-250/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-250/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver