Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-252/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X4 tərəfindən X9 Polis İdarəsinin 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Elnur Cabbarov ərizəni müdafiə edib, qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, o, qərarla razı deyi. Belə ki, nəqliyyat vasitəsinin tam kütləsinin bu kütlələrin oxlar üzrə paylanmasının ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına yaxud tormuz və sükan idarəetmə sisteminin əvəz olunmasına səbəb olan dəyiçikliklər edilməsinə yəni DYP inspektoru əvəlcə bu təkərin “16-lıq” yox “17-lik” olmasını məhz İnzibati Xətallar Məcəlləsinin 342.2.3-cü maddəsinə uyğun gəldiyini təsdiqləməlidir. Onun idarə etdiyi nəqliyyat vasitəsində isə disk təkər qanunladı, balans olunur hətda düsturu belə pozmur. Bir çox sürücülər düsturun nə olduğunu bilmir. Lakin onun nəqliyyat vasitəsində 18 lik disk olmağı nə Yol X3 nə də İnzibati Xətalar Məcəlləsində belə bir maddə yoxdur. Bunu xüsüsi texniki avadanlıqlarla ölçmək lazımdır. Azərbaycan Respublikasının Yol X3 1 saylı əlavəsində isə şinlərin avtomobilin ölçüsünə və yük götürmə qabiliyyətinə uyğun olmadıqda dəyişdirilməsi nəzərdə tutulub. Demək Qanun gösdərir ki, şinlər ölçüsünə və yük götürmə qabilliyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə nasazlıq aradan qaldırılır. Yəni cərimə meydançasında yalnız şinlər dəyişdirilir bundan ötrü isə cəza nəzərdə tutulmur. Hər bir istehsalçı öz avtomobili üçün müxtəlif ölçü təklif edir və edə bilər. Yəni zavodda 235.40R16 olaraq istehsal olunan avtomobilə istehsalçı 245.35R17 təkər quraşdırılmasına icazə verir. Buna görə də DYP inspektorunun İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.2.3-cü maddələri ilə 150 AZN cərimə yazılması Qanuna ziddir. Odur ki, barəsində yazılan qanunsuz qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, X9 Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar protokol tərtib edən orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə X9 Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, X4 barəsində tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. X9 Polis İdarəsinin 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 16 yanvar 2025-ci il tarixdə, saat 17:09da X4 idarə etdiyi “BMҮ 320 minik”, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.3-cü maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsin görə yüz əlli manat məbləğində cərimə edilir; 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə- əlli manat məbləğində cərimə edilir Aparılmış məhkəmə araşdırması zamanı vətəndaş tərəfindən nəqliyyat vasitəsinin hər hansı hissəsinə müdaxilə edilməsi sübuta yetirilmir. Belə ki, X5 barəsində qəbul edilmiş qərarda “BMҮ 320 minik”, ** OH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vasitəsinin konstruksiyalarında dəyişiklik edilməsi qeyd olunsa da həmin dəyişikliyin mütəxəssis rəyi ilə deyil, yalnız vizual olaraq keçirilmiş baxışdan aşkar edildiyi müəyyən olunmuşdur. Normanın mənasından aydın olur ki, X2 təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda X9 Polis İdarəsinin üzərinə qoyulsa da, lakin həmin orqan sonuncunun inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. “X6” Qanunun 83-cü maddəsinin İİİ bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrinistifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 yanvar 2025-ci il tarixində polis əməkdaşı tərəfindən saxlanılarkən, heç bir akt tərtib olunmadan, avtomobilə baxış keçirmədən, xüsusi cihazdan istifadə etmədən, mütəxəssis və ya ekspert dəvət olunmadan öz mülahizəsinə əsasən protokol tərtib olunmuşdur. Beləliklə, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinin hansı sübutlara təsdiq olunduğu göstərilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə təqsirsizlik prezumpsiyasına müvafiq olaraq X2 təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, sonuncunun inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üçün əsas olan hallara rast gəlinmədiyindən şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair X9 Polis İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası X9 Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Vaqif Həsənov