Məhkəmə qərarları › İş №3(012)-254/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-254/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-254/2023 01.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin nümayəndəsi X1 və Şəxs MMC-nin X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN1732356 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin məsləhətçisi X2 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən Abşeron rayonu Məmmədli kəndi ərazisində mülkiyyətində olan 2.2289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Əmlak kompleksi inşa etmişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Qeyd edilənləri nəzərə alaraq inzibati xəta törədən şəxsin barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, Sumqayıt İnzibati-İqtisai Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən və mülkiyyətdə olan 2.2289 ha ölçüdə torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 1442.32 kvadrat metr ölçüdə olan qeyri-yaşayış sahlərinin üzərində Şəxs MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya reyestrdən çıxarışın verilməsi haqqında tərəfindən həmin hüquqi şəxsin mülkiyyətində olan 2.2289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi idarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Həmin torpaq sahəsində mövcud tikililərdən əlavə 05 ədəd toyuq ferması və 01 ədəd yem sexinin tikintisinə icazə verilməsi barədə Abşeron RİHB-nın xx.xx.2011-ci il tarixli sərəncamı mövcuddur. Sonda o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmədiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli nümayəndəsi X1 izahatını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN1732356 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Abşeron rayonu Məmmədli kəndi ərazisində mülkiyyətində olan 2.2289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Əmlak kompleksi inşa etmişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində Şəxs MMC tərəfindən həmin hüquqi şəxsin mülkiyyətində olan 2.2289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişdirmədən Əmlak kompleksi inşa edilmişdir. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinin pozulması faktıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs Şəxs MMC, daşınmaz əmlakın növü- torpaq sahəsi, daşınmaz əmlakın ünvanı ünvan 1əsərrüfat təyinatlı torpaq - Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 saylı reyestr kitabının 53 nömrəli vərəqində, reyestr nömrəsi **********55, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron RİHB-nın xx.xx.2011-ci il tarixli sərəncamı ilə Abşeron rayonu, Məmmədli kəndi, 2.2289 ha torpaq sahəsində mövcud tikililərdən əlavə 05 ədəd toyuq ferması və 01 ədəd yem sexinin tikintisinə icazə verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən və mülkiyyətdə olan 2.2289 ha ölçüdə torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 1442.32 kvadrat metr ölçüdə olan qeyri-yaşayış sahələrinin üzərində Şəxs MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçıya reyestrdən çıxarışın verilməsi haqqında tərəfindən həmin hüquqi şəxsin mülkiyyətində olan 2.2289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi idarəsinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. İş materiallarına Daşınmaz Əmlakın xx.xx.2021-ci il alqı-satqı müqaviləsinin və torpaq sahəsinin fotoları əlavə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC Abşeron rayonu Novxanı kəndi ərazisində mülkiyyətində olan 2.2289 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişmədən Əmlak kompleksi inşa edir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48¬51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar