Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2547/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Altıağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, M.Əliyev prospektində yerləşən Bravo marketindən ümumilikdə 135 manat pulunu talamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri,27-ci məhəllədə yaşayan Zərərçəkmiş şəxs2 məxsus vaz 2102 markalı 01-C-218 d.q.n. avtomobilin iki qeydiyyat nişanını talamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024 cü il tarixdəZərərçəkmiş şəxs4 yaşadığı binanın qarşısında saxladığı “VAZ-2106 “markalı avtomobilindən 1 ədəd 100 manat dəyərində annumlyatoru talamışdır . İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X4 Masazır kəndi Yeni Bakı yaşayış kompleksi ev 2Anın qarşısında saxladığı “İnfiniti“ markalı avtomobilin 50 manat dəyərində ön plastik qoruyucusunu talamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X1 işlədiyin Masazır kəndi,H.Z.Tağıyev küçəsində yerləşən Oba marketinin qarşısından 100 manat dəyərində 4 ədəd taxtaları talamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs7 **-GL-*** d.q.n. avtomobilindən 100 manat dəyərindı sənədləri talamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Araz marketdə quraşdırılmış M-pay ödəmə terminalında unutdulmuş Zərərçəkmiş şəxs8 unutduğu 61 manat pulu talamışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 təmir işləri gördüyüe Abşeron rayonu Masazir qəsəbəsində yerləşən yarımtikili evdən 56 manat dəyərində dreli talamışdır. Abşeron RPİ-nin İTŞ-nın polis sahə rəisi, polis kapitanı X5 izahatında Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, zərərçəkən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilərək, etdiyi əməllərdən peşman olduğunu və belə halların bir daha baş verməsinə yol verməyəcəyini bildirib, barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin inzibati xəta üzrə özünü təqsirli bildiyini əsas gətirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tərəflərin izahatları və işin materialları ilə tam sübuta yetirilir.Buna görə də haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs etmənin əvvəli tutulduğu 08 dekabr 2024-cü il tarixdən saat 21:00-dan hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilməlidir. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 dekabr 2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2547/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2547/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver