Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-256/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-si tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər DYPİ-si tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində ona qərəzli şəkildə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla əlaqədar olaraq dəfələrlə Daxili İşlər Nazirliyinin elektron poçt ünvanına şikayətlər ünvanlamışdır. Qərar qəbul edilərkən onun təmin olunmayıb və artıq dəbbə pulu hesablanmaqdadır. İnzibati xətanı törətdiyi iddia edən polis əməkdaşı əvvəl karantin qaydalarını pozduğunu, sonra kəmər taxmadığını, daha sonra isə düzgün dönmə əməliyyatı etmədiyini bildirmişdir. Yaxınlıqda təhlükəsizlik kamerası da mövcuddur. Hesab edir ki, həmin protokol qanunsuz tərtib olunmuşdur və “inzibati xəta törətməyə görə” həmin YPX-in əməkdaşının “plan” yerinə yetirmək cəhdidir. Belə ki, YPX-nin əməkdaşı qeyd olunan protokolu tərtib edərkən qayda pozulması ilə bağlı ona hər hansı bir foto və ya video görüntü kimi heç bir sübut təqdim etməmişdir. Lakin bu məsələnin obyektiv araşdırılma aparmadan DYPİ-in əməkdaşı tərəfindən həmin protokol üzrə vizual olaraq TP ******* saylı xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, DYPİ-in əməkdaşı xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokolunda qeyd olunan qayda pozulması ilə bağlı hər hansı bir foto və ya video görüntüsü kimi heç bir sübut əlavə etməmiş və inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə baradə məlumatı qeyd etməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİnin haqqında şikayət verdiyi xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol üzrə qəbul olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı qeyri qanunidir və bu səbəbdən də ləğv olunmalıdır. Qərarından şikayət verilmiş Bakı şəhər DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-si tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 40 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2020-ci il tarixdə baxılmışdır. X2 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, X3 iştirakı olmadan barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati cərimə tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Bundan əlavə Bakı şəhər DYPİ-si X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2020-ci il tarixdə 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ya qərar qəbul olunarkən həmin xətanın yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməsini aşkar edən xüsusi texniki vasitənin tipi, nömrəsi, dövlət qeydiyyatından keçməsi barədə hər hansı bir məlumatlar göstərilməmiş, həmin xətanın törədilməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. X2 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Həmçinin təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmədə X2 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-256/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-256/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver