Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-257/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs Əligülşad oğluna məxsus torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyindən bir neçə dəfə sonuncudan orada tikdirdiyi hasarı sökdürməsini tələb etmiş, lakin tələbi yerinə yetirilmədiyindən məhkəmə və ya hər hansı bir aidiyyəti orqana müraciət etmədən şikayətçiyə məxsus torpaq sahəsi ətrafında olan hasarın bir hissəsini qəsdən uçuraraq Zərərçəkmiş şəxs Əligülşad oğluna 800 (səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs barəsində inzibati protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs Zərərçəkmiş şəxs Əligülşad oğluna məxsus torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyindən sonuncudan bir neçə dəfə orada tikdirdiyi hasarı sökdürməsini tələb etmiş, lakin tələbi yerinə yetirilmədiyindən məhkəmə və ya hər hansı bir aidiyyəti orqana müraciət etmədən şikayətçiyə məxsus torpaq sahəsi ətrafında olan hasarın bir hissəsini qəsdən uçuraraq Zərərçəkmiş şəxs Əligülşad oğluna 800 (səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir Abşeron Rayon Polis İdarəsinin TŞ-nin sübutların cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində çıxarış sənədi ilə özünə məxsus olan kənd təsərüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin, Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, həmin sahənin özünə məxsus olduğunu iddia etməyə başlamış və sözügedən ərazini daş hasarla hasara almışdır. O, bir neçə dəfə Fikrətdən həmin hasarı sökməsini tələb etsə də sonucu onun bu tələbinə əhəmiyyət vermədiyindən o, məhkəməyə müraciət etmədən həmin hasarı özü sökdürmüşdür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs Əligülşad oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs Əligülşad oğlunun xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında olan ifadəsindən görünür ki, 2015-ci ildən bacısı oğlu Anardan 4000 (dörd min) manata 0,02 ha torpaq sahəsi almış və həmin sahəni mişar daşları ilə hasarlatmışdır. Lakin, özü daimi olaraq Cəlilabad rayonunda yaşadığından həmin torpaq sahəsinə bacısı oğlu Anar nəzarət etmişdir. xx.xx.2020-ci il tarixdə Anar ona zəng edərək qaqaş ləqəbli Məmməd adlı şəxsin onun torpağının hasarını traktorla uçurtduğunu bildirmişdir. Bundan sonra o, Saray qəsəbəsinə gəlmiş və həqiqətən də torpaq sahəsinin ətrafında tikdirdiyi hündürlüyü 2 metr olan hasarın təxminən 10 metr uzunluğunda hissəsinin dağıldığını görmüşdür. Buna görə də o, Abşeron RPİ-yə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. O əlavə olaraq məlum hadisə nəticəsində ona ümumilikdə 800 manat məbləğdə maddi ziyan vurulduğunu da qeyd etmiş və tələbinin ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsindən, eləcə də Məmməd adlı şəxsin barəsində qanuna müvafiq tədbir görülməsiundən ibarət olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Zərərçəkmiş şəxsə izah olunsun ki, vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə Şəxs qarşı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-257/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-257/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver