Məhkəmə qərarları › İş №3(012)-257/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-257/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-257/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, tələbkar X10 qızının iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və 146464/2021-27-22 nömrəli, icra işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 09 fevral 2022-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-481/2021 saylı, 19.05.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iş üzrə yaranmış 2800 (iki min səkkiz yüz) manat məbləğində aliment borcunu iş üzrə tələbkar X1 xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 bildirdi ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-481/2021 saylı, 19.05.2021-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Abbasov X4 İcra və Probasiya Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən yayınmış, bununla qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirdi ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-481/2021 saylı, 19.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 04.10.2013-cü il təvəllüdlü X7 və 28.12.2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100(bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. O, qətnamə üzrə borcunu ödəməkdən imtina etmir. Son 1 aya qədər birgə yaşadığını bildirərək, hazırda 170 manat borcluya ödəniş edir, qalan borcunu qısa müddətdə ödəyəcəyinə dair söz verir və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qalan borcunu qısa müddətdə ödəyəcəyinə söz verdi və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X6 bildirdi ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-481/2021 saylı, 19.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 04.10.2013-cü il təvəllüdlü X7 və 28.12.2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100(bir yüz) manat, cəmi 200(iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, borclu Şəxs borcundan 170 manat ödəniş etmişdir, hazırda borclu qalan borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Borclunun barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 16.06.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Məhkəmə prosesi zamanı borclu Şəxs oğlu yaranmış aliment borcundan 170 (bir yüz yetmiş) manat məbləğində tələbkar X10 qızına ödəniş etdi. İş materiallarında olan ərizədən görünür ki, tələbkar X10 qızı borclu Şəxs oğlu ilə aralarında razılıq əldə olunmasını, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından və icra məmuru vaxtında icra hərəkətlərini yerinə yetirmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs oğlunun izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Belə olan halda, Şəxs oğlu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar