Məhkəmə qərarları › İş №3(012)-2573/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2573/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2573/2024 18.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1992-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2095/2023 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 13700 manat pulun tutulması qət edilmişdir. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmır, hər ay 500 manat olmaqla tələbkara olan borcundan ödəniş etməyə cəhd göstərsə, tələbkar onunla razılaşmır. Borluya borcunun yarısının ödənilməsi təklif edilmiş, lakin borclu icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, tələbkara olan borcunu ödəməkdən boyun qaçırmır. Tələbkara hissə-hissə olmaqla ayda 500 manat ödəniş etmək istəyir, lakin tələbkar onunla razılaşmır. Onun həmin borcun yarısını birdəfə ödəmək üçün maddi imkanı yoxdur. Hazırda da tələbkara 500 manat ödəniş etmək istəyir, lakin tələbkar pulu götürmür. Borcunu ayda 500 manat ödəyə bilər. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ona olan borcunun yarısını ödədikdən sonra ayda 500 manat ödəniş etməsi ilə razılaşır. Hazırkı vaxta qədər borclu borcundan heç bir ödəniş etməmişdir. Odur ki, borclunun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs sözügedən qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş və məhkəmə qərarlarına əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2095/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməsinin icrası barədə məktub icra şöbəsinə 11 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. Tələbin könüllü icrası ilə bağlı borcluya 10 gün müddətində ödəniş etməsi ilə bağlı bildiriş göndərilmədən, hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, borclu borcundan ödəniş etmək üçün icra məmuruna hesab nömrəsinin verilməsini də tələb etmiş, lakin ona hesab nömrəsi də verilməmişdir. Borclu borcunu ödəməkdən yayınmaq niyyətində deyildir, borcundan ödəniş etməyə cəhd göstərir. Hesab edir ki, borclunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Bu səbəbdən də, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2095/2023 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 13700 manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2095/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun vəkilini, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2095/2023 saylı icra vərəqəsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Belə ki, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin məktubu 11 dekabr 2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanmamışdır.Borclunun icradan qəsdən yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar