Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2582/2025 21.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron RPİ-nin PŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 30 iyun 2025-ci il tarixdə, saat 13:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçan 13-cü kilometrində idarə etdiyi VAZ-21214 Niva markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə MERCEDES markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan X1 qısa müddətə pozulmasına səbəb olan alın nahiyəsinin sol tüksüz hissəsindən sol qaş nahiyəsinə kimi olan sahənin əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması və sol saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsini əsas tutaraq məhkmə qeyd olunan şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirilmişdir ki, təxminən 10 ildir ki, ailəsinə məxsus "VAZ-21214" (Niva) markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili adına olan "B C" kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 30 iyun 2025-ci il tarixdə, saat 13:30 radələrində işləri ilə əlaqədar evdən çıxıb qonuşuluqda yaşayan atası gilə getmək üçün torpaqlı yoldan F. Səfərəliyev küçəsi ilə kəsişmədə sükanı sağ tərəfə burub qeyd etdiyi küçənin əks istiqamətli hərəkət zolağına çıxıb həmin yolla üzü hərbi hissə istiqamətində hərəkət edən "Mercedes-Benz 190" markalı avtomobili sağ böyründən vurmuşdur, toqquşmadan sonra həmin avtomobilin sürücüsü idarə etməni itirərək yolun sol tərəfində olan qaz borusu və betona avtomobilin qabaq sol tərəfi ilə dəyərək dayanmışdır. Baş vermiş qəza nəticəsində "Mercedes-Benz" markalı avtomobilə ciddi zərər dəymişdir, eləcədə sürücüsü baş nahiyəsindən xəsarət aldığından tez bir zamanda xəstəxanaya göndərilmişdir və hadisə barədə 102 xidmətinə malumat veriləndən bir neçə dəqiqə sonra Abşeron RPİ-nin əməkdaşları və sığorta şirkətinin işçiləri gələrək zəruri sənədləşdirmə işləri aparmışlar. Hadisə anında hava yağmursuz idi, yol örtüyü isə asfalt-beton olmaqla buzlu idi. Toqquşmadan əvvəl "Mercedes-Benz" markalı avtomobili idarə etdiyi "Niva" markalı avtomobilə münasibətdə təxminən 5 metr məsələdə qarşısında görmüşdür. Hadisə baş verən günü 30 iyun 2025-ci il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və etibarnaməsi var. Hadisə baş verən vaxtı avtomobili təxminən 5-10 km/saat surətlə idarə etmişdir. Baş vermiş qəza nəticəsində heç bir xəsarət almamışdır və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəməyədək izahatı alınmış X5 bildirmişdir ki, baş etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz 190" markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, X4 isə onun iş yoldaşıdır, sonuncu hərdən bir avtomobilini onun salonda olmaq şərti ilə idarə edir. 30 iyun 2025-ci il tarixdə, saat 13 radələrində Eltunla birlikdə xidmət etdikləri hərbi hissədən çıxıb özlərinə yemək almaq üçün Yuxarı Güzdək qəsəbəsində yerləşən "Oba" marketə getmişlər, həmin marketdən özlərinə yemək alıb geriyə qayıtmaq üçün Faiq Səfərəliyev küçəsi ilə üzü hərbi hissə istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili Eltun özünə məxsus "B C" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edirdi, o isə arxa sərnişin oturacağında əyləşmişdi, ondan başqa avtomobildə heç bir sərnişin və ya ağır yük olmamışdır. Hərəkətdə olduqları yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolağlı idi. Belə ki, qeyd etdiyi yolla hərəkətlərinə davam edərkən yolun sol tərəfində ki, torpaqlı yoldan hərəkətdə olduqları yola çıxan "Niva" markalı ağ rəngli avtomobil hərəkətdə olduqları zolağa çıxıb qabaq buferin sağ tərəfi ilə avtomobilini sağ böyründən vurmuşdur, toqquşmadan sonra Eltun sükana olan idarə etməni itirdiyindən avtomobilin sol təkəri ilə yolun kənarında olan daş və qaz borusuna dəyərək dayanmışdır. Baş vermiş qəza nəticəsində avtomobilə ciddi zərər dəymişdir, eləcədə Eltun sol göz nahiyəsindən xəsarət aldığından hərbi hissədən gələn avtomobil ilə Hərbi Hospitala çatdırılmışdır. Hadisə barədə 102 xidmətinə məlumat verildiyindən bir neçə dəqiqə sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gələrək zəruri sənədləşdirmə işləri aparmışlar. Baş vermiş qəza nəticəsində avtomobilinə təxminən 4000 manat dəyərində maddi ziyan dəymişdir. Baş vermiş qəza nəticəsində heç bir xəsarət almamışdı və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəməyədək izahatı alınmış X4 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. "Mercedes-Benz 190" markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili hərdər bir o da Şamilin avtomobildə sərnişin qismində olmaq şərti ilə idarə edir. "B C" kateqoriyalı sürücülük hüququna malikdir. 30 iyun 2025-ci il tarixdə, saat 13 radələrində Şamillə birlikdə xidmət etdikləri hərbi hissədən çıxıb özlərinə yemək almaq üçün Güzdək qəsəbəsində yerləşən "Oba" marketə getmişlər, həmin marketdən yemək alıb geriyə qayıtmaq üçün Faiq Səfərəliyev küçəsi ilə üzü hərbi hissə istiqamətində hərəkət etməyə başlamışlar. Həmin vaxtı Şamil arxa sərnişin oturacağında əyləşmişdir, ondan başqa avtomobildə heç bir sərnişin və ya ağır yük olmamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və bir zolağlı idi. Belə ki, qeyd etdiyi yolla hərəkətinə davam edərkən yolun sol tərəfində ki, torpaqlı yoldan hərəkətdə olduğu yola çıxan "Niva" markalı ağ rəngli avtomobil hərəkətdə olduğu zolağa çıxıb qabaq buferin sağ tərəli ilə idarə etdiyi avtomobilin sağ böyründən vurmuşdur, toqquşmadan sonra sükana olan idarə etməni itirdiyindən avtomobilinin qabaq sol təkəri ilə yolun kənarında olan daş və qaz borusuna dəyərək dayanmışdır. Baş vermiş qəza nəticəsində avtomobilə ciddi zərər dəymişdir, eləcədə sol göz nahiyəsi avtomobilin dirəyinə dəydiyindən xəsarət almışmışdır, bu səbəbə görə hərbi hissədən gələn avtomobil onu Hərbi Hospitala çatdırmışdır və orada zəruri tibbi yardım alandan sonra sərbəst buraxılmışdır. Hadisə barədə 102 xidmətinə zəng edərək məlumat verildiyindən xəstəxanada olduğu vaxtı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gələrək zəruri sənədləşdirmə işləri aparmışlar. Hadisə anında hava yağmursuz idi, yol örtüyü isə asfaltbeton olmaqla buzlu idi. Toqquşma baş verməmişdən əvvəl "Niva" markalı avtomobili taxminən 10-15 metr məsafədə qarşısında görmüşdür. Hadisə baş verən günü 30 iyun 2025-ci il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu var. Hadisə baş verən vaxtı avtomobili taxminən 50-55 km/saat surətlə idarə etmişdir. Baş vermiş qəza nəticəsində sol göz nahiyəsindən və sol qolundan xəsarət almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizanın 1548 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, vət E.M. Cafərovun almış olduğu xəsarətlər alın nahiyəsinin sol tüksüz hissəsindən sol qaş nahiyəsinə kimi olan sahənin əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması və sol saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdəyol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində yüngül dərəcəli xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılması nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2023-cü il № 3(012)-679/2023 Abşeron rayon Polis İdarəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi, İ.Qayıbov küçəsində nömrəsiz fərdi ev– zərərçəkmiş şəxs - X3 Sumqayıt şəhəri, 15 saylı yataqxana – inzibati xəta törətmiş şəxs Şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti ______ vərəqədə Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2582/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2582/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver