Məhkəmə qərarları › İş №3(012)-2585/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2585/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2585/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Füzuli rayonu, Merdinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Qaraxanbəyli ərazi dairəsi, Merdinli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsində daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında haqqında Abşeron DYP YNH baş inspektoru, polis mayoru X1 tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "KİA FORTE" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolu ilə üzü Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən ev alqı-satqı ofisin yaxınlığında sola dönmə manevr etmə qaydalarını pozaraq həmin yolla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 məxsus olmaqla və onun iştirakı ilə qardaşı X2 tərəfindən idarə edilən “VAZ-21099” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 üst çəndə sağda İ dişin tarvmatik yoxluğu, üst dodağın selikli qişasının həmin dişin proyeksiyasında əzilmiş-cırılmış yaraları kimi dərəcəsində görə saxğlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bəıdən xəsarətləri alması ilə nəyicələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş X5 Polisi İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, hadisə baş verən zaman dönəcəyi nöqtəyə çatmazdan təqribən 100 metr əvvəldən dönmə siqnalını vermiş və sürətini azaltmışdır. Hadisə anı üzrə mövcud videogörüntülər və şahid ifadələri bu halları təsdiqləyir.O dönmə manevrini edərkən yol boş idi, lakin eyni anda digər avtomobil sürətlə ötmə manevrinə başladığından toqquşmanın qarşısını almaq üçün hər iki tərəf üçün kifayət qədər zaman qalmamışdır. Bununla belə, o öz tərəfindən dönmə manevrini edərkən yolu tam gördüyünə əmin olsa da, daha ehtiyatlı hərəkət etməyinin hadisənin qarşısını ala biləcəyini düşünürdü. Bu mənada öz tərəfinə düşən məsuliyyəti anlayır. Təəssüf ki, qarşı tərəfdə yüngül bədən xəsarətləri yaranmışdır. Bu xəsarətlərin həm hadisə zamanı yaranmış zərbə, həm də qarşı avtomobilin texniki təhlükəsizlik səviyyəsinin aşağı olması (hava yastığı, ABS sistemi, arxa oturacaqlarda təhlükəsizlik kəmərinin olmaması) təsir etmişdir. Zərərçəkənə dəymiş zərər sığorta şirkəti tərəfindən tam ödənilmiş,onda olan məlumata görə zərərçəkən şikayətçi olmamışdır. O hadisədən sonra dərhal dayanmış, zərərçəkənlərlə maraqlanmış və məsuliyyətdən yayınmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, yaşadığı ev iş yerindən uzaqda yerləşir və hər gün nəqliyyat vasitəsi ilə həm işə getməli, həm də övladını universitetə aparmalıdır. Sürücülük hüququnun məhdudlaşdırılması onun və ailəsinin gündəlik həyatına sosial çətinliklər yaradacaqdır. Qeyd etdiyi halların nəzərə alınaraq ona inzibati tənbehin cərimə formasında tətbiq edilməsini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərardan görünür ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 1655 saylı xx.xx.2025-ci il tarixli rəinə əsasən , Ş.C. Əhmədovun bədən səthində aşkar edilmiş xəsarətlər - üst çənədə sağda İ dişin travmatik yoxluğu, üst dodağın selikli qişasının həmin dişiıtı proyeksiyasında əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 1654 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən H.Ş. Əhmədlinin bədən səthində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin və sağ yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərardan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "KİA FORTE" minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolu ilə üzü Qobu qəsəbəsi istiqamətində hərəkətdə olarkən ev alqı-satqı ofisin yaxınlığında sola dönmə manevr etmə qaydalarını pozaraq həmin yolla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 məxsus olmaqla və onun iştirakı ilə qardaşı X2 tərəfindən idarə edilən “VAZ-21099” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 üst çəndə sağda İ dişin tarvmatik yoxluğu, üst dodağın selikli qişasının həmin dişin proyeksiyasında əzilmiş-cırılmış yaraları kimi dərəcəsində görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri alması ilə nəyicələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs həmin hərəkətləri ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verilməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.) tələblərini pozmuşdur. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar