Məhkəmə qərarları › İş №3(012)-259/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-259/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-259/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsinin sədri X4 iştirakları ilə, Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Kürdəxanı Türməsi” yolu adlanan ərazidə məişət tullantılarının açıq ərazidə Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən daşınmadığı üçün qalaqlanması faktı aşkar edilmişdir. Bununla da, Azərbaycan Respublikası Abşeron rayonu X1 Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kənd sakinləri tərəfindən KOL-38 nömrəli xx.xx.2021-ci il tarixli kollektiv məktub Ekologiya və Təbii sərvətlər Nazirliyinə daxil olmuşdur. Məktub Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən kənd sakinləri və yerli bələdiyyənin iştirakı ilə araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ərazidə həyətyanı yaşayış evlərinin vahid kanalizasiya sistemi olmadığı üçün “sambo”lardan istifadə olunur və qrunt sularının səviyyəsi qalxaraq çoxlu sayda gölməçələr yaratmışdır. Ərazidə məişət tullantılarının daşınması üçün konteynerlər olmadığı üçün yerli sakinlər tərəfindən tullantılar kiçik gölməçələrə buraxılmışdır. Məmmədli Bələdiyyəsi tərəfindən ərazidə yalnız bir urna tikilmişdir. Lakin tələbatı ödəmədiyi məlum olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsinin sədri X6 izahatında göstərmişdir ki, sözü gedən ərazi “Türmə” yolu inzibati ərazi olaraq Sabunçu rayonuna məxsusdur. Buna baxmayaraq həmin ərazinin çıxışında mişar daşından məişət tullantılarının yığılması üçün urna tikilmişdir və gündəlik mütəmadi olaraq həmin urna təmizlənir. Həmçinin xx xxxx 2020-ci il tarixli məktubla müraciət edərək ərazidə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün həmin gölməçələrin müəyyən hissəsinin doldurulmasına icazə verilməsini 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən xahiş etmişdir. Protokolda qeyd olunanlar əsassızdır. Buna görə də xahiş edir ki, iş üzrə icraata xitam verilsin. İş materiallarında olan MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, “Kürdəxanı Türməsi” yolu adlanan ərazidə məişət tullantılarının açıq ərazidə qalaqlanması faktı aşkar edilmişdir. Bununla da, Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 68886 saylı aktdan görünür ki, Abşeron rayonu, Məmmədli kənd sakinləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş KOL-38 nömrəli xx.xx.2021-ci il tarixli kollektiv məktub əsasında X5 tərəfindən yerli sakinlərin və yerli bələdiyyənin iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı ərazidə həyətyanı yaşayış evlərinin vahid kanalizasiya sistemi olmadığı üçün “sambo”lardan istifadə olunduğu və qrunt sularının səviyyəsinin qalxaraq çoxlu sayda gölməçələr yaratdığı müəyyən olunmuşdur. Bundan başqa ərazidə təbii yaranmış göllər də vardır. Ərazidə məişət tullantılarının daşınması üçün urna və konteynerlər olmadığı üçün yerli sakinlər tərəfindən tullantılar kiçik gölməçələrə buraxılmışdır. Məmmədli Bələdiyyəsi tərəfindən ərazidə 1 ədəd urna tikilmişdir. Lakin tələbatı ödəmədiyi məlum olmuşdur. X2 məktubu, sakinlər tərəfindən yazılmış izahat və çəkilmiş fotoşəkillər əlavə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbayacan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin dispozisiyasına görə, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Belə ki sözügedən ərazi “Türmə yolu” inzibati ərazi olaraq Sabunçu rayonuna məxsusdur. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Abşeron rayonu Məmmədli Bələdiyyəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar