Məhkəmə qərarları › İş №3(012)-259/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-259/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-259/2022 24.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X2nun iştirakı ilə Abşeron RPİ-in X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərardan X6 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X11 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron RPİ-in X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda faktiki olaraq ailəsi ilə birlikdə yaşayır. Keçmiş həyat yoldaşı X8 ilə rəsmi olaraq nikahdan ayrılmış, amma övladları da daxil olmaqla birlikdə yaşayırlar. Onların bir neçə il ayrılmaqlarına baxmayaraq mütəmadi olaraq aralarında münaqişələr olur. Hətta X4 münaqişəli ailə kimi də qeydiyyata alınmışlar. X8 02. 04. 2021-ci il tarixdə DİN-nin “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək guya onun tərəfindən döyülməsi barədə məlumat vermiş və tədbirlər görülməsini xahiş etmişdir. Seylan Ağayeva izahatında guya onun saçından tutub yerə yıxmış və 15-20 dəqiqə əl və ayaq zərbələri ilə onun bədəniin müxtəlif nahiyələrnə xəsarətlər yetirmişdir. Özü isə izahatımda göstərmişdir ki, Seylan Ağayeva ona qarşı nalayiq söyüşlərinin qarşısını almaq üçün əli ilə onun boynunun arxasından və tutub ağzını yummuşdur ki, səsi çıxmasın. Ayaq və əl zərbələri ilə heç vaxt onu döyməmişdir. Mehdiabad Polis X1 müraciəti əsasında toplanmış iş materialları üzrə aparılan araşdırmalar zamanı əməlində cinayət tərkibi olmadığı üçün Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən 23 aprel 2021-ci il tarixli HK-1-400 nömrəli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Lakin 29. 09. 2021-ci il tarixdə barəsində “İnzibati xəta haqqında” MN № ******* saylı protokol tərtib edilmiş və həmən tarixli MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarla onu Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edirəm. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyylətdən azad etmə barədə 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilənlərə əsasən Abşeron RPİ-in X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Abşeron RPİ-in X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - Abşeron RPİ-in X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cь maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin təhqiqatçısının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X8 DİN-nin 102 xidmətinə zəng edərək, X11 tərəfindən döyülməsi barədə məlumat vermişdir. X3 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilməklə ünvanda profilaktiki tədbirlərin gücləndirilməsi qərara alınmışdır. Abşeron RPİ-in X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X11 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında şikayətçinin izahatı və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, X3 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin Mehdiabad PB-nə göndərilmiş, Abşeron RPİ-in X5 xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə X11 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi barədə İXM-nin 38.3-cü maddəsinin tələbi, hazırda isə bu müddətin keçməsi nəzərə alınaraq, X11 inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-in X5 xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və başlanmış iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X11 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-in X5 xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar