Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2591/2024 20.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Kürdəmir rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X5 barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X10 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X6 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə 102 çağrı mərkəzinə müraciət edərək, həmçinin əri Abşeron RPİ-nin X14 ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə tanışı X10 tərəfindən saat 11:00 radələrində yaşadığı Abşeron rayonu Qobu qəsəbəsi məhəllə 1 saylı ünvana gələrək, zorla evə daxil olmuş, evdə ona hədə-qorxu gəlmiş, daha sonra boğazından tutub sıxaraq itələməsi barədə məlumat vermişdir. Sonra məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə X1 Abşeron rayonu Qobu qəsəbəsi məhəllə 1 saylı ünvanında yaşayan Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Buna görə də X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibatixəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən X10 inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 3 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi yaşayır. xx.xx.2024cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, həmin vaxt aralarında mübahisə yarandı. O, Zərərçəkmiş şəxs başqa şəxslə mesajlaşmasını görmüş, bu səbəbdən də əsəbləşərək onu sillə ilə vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X7 tanıyır, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində onun yaşadığı ünvan 4 ünvanına gələrək, zorla evə daxil olmuş, evdə ona hədə-qorxu gələrək, onun boğazından tutub möhkəm sıxaraq onu itələmişdir. Bu zaman o, bu barədə 102 xidmətinə məlumat vermişdir. Sonda o, X10 barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 2601 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin qançırları, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəni hissəsinin (əl, barmaq və s) təsirindən əmələ gəlməsi mümkündür, həm ümumilikdə, həm də ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X10 xx.xx.2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, X5 inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, tətbiq edilən inzibati tənbehin inzibati xətanı törədən şəxsi tərbiyələndirməsinə təsirini və inzibati tənbehin məqsədlərinə nail olmağın mümkünlüyün nəzərə alaraq hesab edir ki, X8 həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il, saat 21:30-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdasinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2591/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2591/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver