Məhkəmə qərarları › İş №3(012)-2592/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2592/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2592/2024 20.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati protokol tərtib etmiş şəxslər Azərbaycan RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, “A plus” marketinin qarşısında Zərərçəkmiş şəxs məxsus 360 manat dəyərində çantasını oğurlamışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, təxminən may ayının sonlarında Abşeron rayonu, Masazır kəndi, “A Plus” marketinin qarşısından keçəndə orada çanta olduğunu görmüşdür. O, həmin çantanı bir neçə dəfə oradan keçəndə görmüş, daha sonra isə həmin çantanın zibil üçün atıldığını düşünərək çantanı götürmüş və evinə aparmışdır. Evdə çantanı açan zaman içərisində çoxlu kitablar olduğunu görmüşdür. O, çantanı oğurlamamışdır. Sadəcə olaraq həmin çantanın atıldığını düşünərək götürmüşdür. Çantanın içərisində olan kitabların bir neçə vərəqini istifadə etmişdir. Daha sonra televiziyada gedən verilişlərdən birində onun uzaqdan çəkilmiş kamera görüntülərinin göstərildiyini görmüş, dərhal həmin verilişə gedərək çanta və içərisindəki əşyaları təqdim etmişdir. Həmin kamera görüntülərində onun sifəti düşməsə də, o, özü könüllü olaraq televiziyaya gedərək şəxsiyyətini bildirmişdir. Onun niyyəti oğurluq olmasa da, bilmədən həmin çantanı götürdüyü üçün çox peşmandır. O, çantanı və içərində olan bir neçə kitabı zərərçəkmiş şəxsə təqdim etmişdir. Sonda Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 23 may 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, “A plus” marketinin qarşısına içərisində kitabları və digər şəxsi sənədəri olan böyük çanta qoyaraq taksi danışmağa getmişdir. Taksi danışaraq geri qayıdan zaman çantasının orada olmadığını görmüşdür. Dərhal ətrafı axtarsa da, çantasını tapa bilməmiş və 102 Xidmətinə məlumat vermişdir. Çantasının içərisində 450 manat dəyərində kitabları və şəxsi əşyaları olmuşdur. Lakin onun şikayətindən aylar keçsə də, ona məxsus çanta tapılmadığı üçün Televiziyada gedən verilişə çıxaraq ərazidə olan kamera görüntülərini təqdim etmişdir. Bundan sonra onun çantasını oğurlayan şəxs həmin verilişə gələrək çantasını və 90 manat dəyərində kitablarını ona qaytarsa da, 360 manat dəyərində olan metodik kitabları qaytarılmamışdır. Hazırda ona 360 manat ziyan dəymişdir və o, həmin ziyanın ödənilməsini tələb edir. Əks halda Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin niyyəti oğurluq etmək olmamış, həmin çantanın atıldığını düşünərək götürmüş və çantanı içərisindəki əşyalarla birlikdə zərərçəkmiş şəxsə könüllü olaraq qaytarmışdır. Zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı bildirdikləri isə həqiqətə uyğun gəlmir. Belə ki, həmin çantanın içərisində 360 manat dəyərində kitabların olması heç bir mötəbər sübutla təsdiq edilmir və ya buna dair rəy verilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, “A plus” marketinin qarşısında Zərərçəkmiş şəxs məxsus içərisində kitablar olan çantasını oğurlamış, bununla da Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs cantanı zərərçəkənə qaytarmışdır.Zərərçəkən ona çantada dəyəri 360 manat olan kitablar olduğunu bildirsə də,bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini ,zərərçəkəni və sahə rəisini dinləyərək,iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmişdir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini,barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, əməlindən peşmançılığını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai işlər növündə inzibati qaydada tənbeh tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar